Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ağdamda təhsil adına BİABIRÇILIQ...
Əsas Səhifə > Manşet, Siyasət > Ağdamda təhsil adına BİABIRÇILIQ...

Ağdamda təhsil adına BİABIRÇILIQ...


7-05-2025, 08:54
Ağdamda təhsil adına BİABIRÇILIQ...
Ağdam rayon sakini Taleh Şərifov Ağdam rayon Soltanbud kənd tam orta məktəbində bir sıra qanunsuz halların baş verdiyini iddia edir. "DİA-AZ" xəbər verir ki, vətəndaşın sözlərinə görə, məktəbdə fizika-kimya laboratoriyasına aid avadanlıqlar mövcud deyil, uşaqlar ümumiyyətlə labarotoriyadan istifadə etmir, buna baxmayaraq laboranta qanunsuz olaraq əmək haqqı alır.

Şikayərçi bununla yanaşı, sözügedən məktəbin idman zalının da ambar kimi istifadə olunduğunu iddia edir. Taleh Şərifov bildirir ki, övladlarının dərsində iştirak etmək istəyən valideynlər içəri buraxılmır. Məktəbin mühafizəçisi qapını qıfıllayaraq valideynin məktəbə girişinə mane olur. Şikayətçi bildirir ki, ümumiyyətlə məktəbdə dərs keçirilmir. O bununla bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etsə də, heç bir nəticə əldə edə bilmədiyini deyir.

Bununla yanaşı, Sulu kənd sakini Əbülfət Səmədov da qeyd edir ki, Soltanbud kənd məktəbindəki vəziyyətdən dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Elm və Təhsil Nazirliyinə şikayət ünvanlasalar da, hər dəfəsində "məsələnin araşdırıldığı" ilə bağlı məktub göndəriblər. Sakinlər adiyyatı qurumlara müraciət edərək, Soltanbud kənd tam orta məktəbində təhsilin səviyyəsi çox aşağı olduğu üçün, orda təhsil alan uşaqların gələcəyinin məhv olduğunu bildirirlər və aidiyytatı qrumlardan bu məsələni ciddi araşdırıb qanuni tədbir görmələrini xahiş edirlər.

Geri qayıt