Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Güney Press > SOCAR-da nə İŞLƏR ÇEVRİLİR...
SOCAR-da nə İŞLƏR ÇEVRİLİR...21-04-2025, 16:04 |
![]() ““Azəriqaz” İB-nin baş direktoru əmr imzalayıb. Əmrə əsasən, vəzifəli şəxslərin sürücüləri işdən azad olunacaqlar. Bu şəxslər öz maşınlarından istifadə edəcək və bunun üçün onlara yüksək məbləğdə, təqribən, 2000-2500 manat vəsait - maşının icarəsi və benzin pulu ödəniləcək. Bu halda Bakı və regionlar üzrə vəzifəli şəxlərlə işləyən və ayda 600-700 manat əmək haqqı alan, təxminən, 500-ə yaxın sürücünün işsiz qalması gözlənilmirmi?” "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib. “Bu halda bir RQİİ (Regional Qaz İstismar İdarəsi) rəisi təxminən, 2500 manat əmək haqqı, 2500 manat maşın icarəsi üçün 600 litr pulsuz benzin alırdı. Ona xidmət edən maşının sürücüsü isə 600-700 manat əmək haqqı alırdı. Sual olunur ki, ayrılmış icarə pulu maşının markasından, şəxsin vəzifəsindən, yoxsa iş vaxtı daha çox istifadədən asılıdır? Bu halda udan kim, uduzan kim oldu?”, - deyə o bildirib. ![]() "DİA-AZ" xəbər verir ki, M.Qəhrəmanlı eyni qurumda - "Azəriqaz" İstehsalat Birliyində baş verən daha bir faktla bağlı məlumat paylaşıb. Aydın olur ki, "Azəriqaz"da növəti təyinat olub. Mirvari Qəhrəmanlı bildirib ki, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar Departamentinin rəis müavini işləyən Təbriz Bilal oğlu Əmmayev "Azəriqaz" sədrinin müavini təyin edilib: "Ona 07.04.2025-ci il tarixdən 3 (üç) ay müddətinə vakant olan SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinin səlahiyyətləri həvalə olunub". NHMT sədrinin sözərinə görə, bu boş vəzifə üçün ona nəzərdə tutulmuş vəzifə maaşının 50% miqdarında əlavə əmək haqqı ödənilir. Onu da qeyd edək ki, yeni müavin SOCAR-dakı postunda da saxlanılıb. Geri qayıt |