Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > SOCAR-da şikayətçilərin təqibi ƏNƏNƏVİ HAL ALIB...
Əsas Səhifə > Manşet, Cəmiyyət > SOCAR-da şikayətçilərin təqibi ƏNƏNƏVİ HAL ALIB...

SOCAR-da şikayətçilərin təqibi ƏNƏNƏVİ HAL ALIB...


16-04-2025, 12:01
SOCAR-da şikayətçilərin təqibi ƏNƏNƏVİ HAL ALIB...
Nadirov Vüsal adlı işçi SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsindəki ona qarşı edilən haqsızlıqlardan gileylənir.

Xatırladaq ki, bir neçə dəfə adıçəkilən vətəndaşımızın müraciətlərini "DİA-AZ" olaraq ictimailəşdirmişik. Bu günlərdə V.Nadirov yeni müraciəti ilə diqqətə gəlib və o, şikayətçi düşən, neqativ faktlarla bağlı yuxarıları məlumatlandıran işçilərin təqib olunmasından gileylənir.

Onun sosial şəbəkələrdəki son açıqlamasında deyilir:
"Mən SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsində öz haqqımın müdafiəsinə qalxdım, hüquqlarımı tələb edirdim... Məni burada Kadrlar şöbəsinin rəisi Cahangirova Nailə və idarənin baş mühəndisi N.Məmmədov gözümçıxdıya salıblar.

Məni açıq-aşkar sıxışdırırlar. Hətta məni işdən qovmaqla belə təhdid etmişdi və bunu N.Memmedov aşkar şəkildə etdi. Bütün bunlar yenə də qalmaqdadır. Yenə də SOCAR-da özbaşınalıqdır və şikayət edən işçilər aşkar şəkildə təqib olunur".

Qeyd edək ki, məsələ ilə bağlı, yəni işlədiyi yerlərdən şikayət edən işçilərin təqib olunması ilə bağlı sosial şəbəkələrdə paylaşımında tanınmış hüuq müdafiəçisi, Neftçilərin hüquqlarının müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı izahatı ilə diqqətə gəlib. M.Qəhrəmanlı bildirir:

" Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunu Maddə7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır..."

Yəni bu o deməkdir ki, əgər hansısa işçi işlədiyi yerdən şikayət edərək daha da yuxarı instansiyalara müz tutursa, həmin müraciətin təkrarən şikayətçi düşdüyü ünvana yönləndirilməsi qanunla belə qadağandır.

Geri qayıt