Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > `Tarlada izi olmasa` da... hələ də `SÜFRƏDƏ ÜZÜ` VAR...
`Tarlada izi olmasa` da... hələ də `SÜFRƏDƏ ÜZÜ` VAR...10-04-2025, 11:24 |
![]() Zamanında keçmiş səhiyyə naziri Əli İnsanovun QARA KASSASI kimi tanınan, Əli İnsanovun həbsindən sonra isə Oqtay Şirəliyevin çətiri altında özünə böyük biznes şəbəkəsi qurmağa müvəffəq olan keçmiş səhiyyə nazirinin müavini Elsevər Ağayev hələ də QARA DƏRMAN BAZARINDAKI müəyyən mövqelərini qoruması ilə diqqətə gəlməkdədir. "DİA-AZ" bildirir ki, amma normalda onun kimilərinin yeri ən azından müttəhim kürsüsü olmalı olduğu halda, Elsevər Ağayev yenə də köhnə əlaqələrindən yaralanaraq büdcə pullarından qoparmağa davam etməkdədir... Bu işdə isə Səhiyyə Nazirliyinin hazırki rəhbərliyinin də ən azından laqeyd münasibəti var ki, bu hal ŞƏRİT YARATMAQ - ORTAQLIQ kimi anlaşılır... Nəticədə bu gün sözügedən nazirliyin onlarla tenderi Elsevər Ağayevin şirkətlərinə verilir və bizdə bu kimi TENDER UĞURLARININ neçəyə başa gəldiyi və nə qədər qazandırdığl yaxşı məlumdur. İtirənsə, təbii ki DÖVLƏT VƏ ONUN BÜDCƏSİDİR... Son məlumata görə, Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin laboratoriya cihazlarının ehtiyat hissələrinin alınmasına sərf edəcəyi vəsaitin həcmi açıqlanıb. "DİA-AZ"-ın xəbərinə görə, bu məbləğ 197 166 AZN-dir. Publik hüquqi şəxs “SEM-Az” MMC ilə müqavilə bağlayıb. Mətbuatdakı yazılara əsasən, "SEM-AZ” MMC "Arash Medical” MMC-yə yaxın şirkət hesab edilir. Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərdə "SEM-AZ” MMC-nin qalib seçilməsi "Arash Medical”a yaxınlığı ilə bağlıdır. "Arash Medical” MMC-nin isə səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlılığı faktdır. Yəni Elsevər Ağayevin bu gün "tarlada izi görünməsə" də, dövlət büdcəsinin qarət olunduğu "SÜFRƏDƏ ÜZÜ VAR"... Geri qayıt |