Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Siyasət > Sosial-İqtisadi kollecdə ŞÜBHƏLİ YANĞIN...
Sosial-İqtisadi kollecdə ŞÜBHƏLİ YANĞIN...9-04-2025, 08:17 |
![]() "UNEC "nəzdində" Sosial-iqtisadi kollecinin başının üstündən duman əskilmir ki, əskilmir. Bu dəfə kollecin Monitorinq və Qiymətləndirmə şöbəsi əməkdaşlarının xidməti otaqlarında yanğın baş verib. Yanğın aprelin 6-da bazar günü olub. Təsadüfən direktor özünü çatdırıb və digər əhəmiyyətsiz sənədlərin yanmasının qarşısını alıb. Amma yanan sənədlər "təsadüfən" çox əhəmiyyətli sənədlər olub..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində oranın müəllimi, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı qeyd edib. O daha sonra əlavə edib: "Məsələn, kəsir imtahanı verən uşaqların siyahısı, ərizələri, ödəniş qəbizləri və.s olan qovluq yanıb. Rəsmi mövqe belədir ki, ilk baharın günəşı bazar günü çox yandırıcı olub. Pəncərədən günəşin şüası düşüb güzgünün üstünə nətər bərq vurubsa kəsilən uşaqların siyahısı olan qovluq həngamiyə dözə bilməyib və alışıb-yanıb. Bu zaman direktor və kollecin yeni təsərrüfat müdiri sayıqlığı itirməyiblər, daha böyük "itkinin" qarşısını alıblar. Ayıbdı, vallah bu milləti əməli-başlı dolamaqdı. Sanki təhsil müəssisində deyil, "JEK"-in anbarından bəhs edirik". Geri qayıt |