Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qarabağın inşasına HARAM QATANLAR: işçilərin pulu verilmir...
Əsas Səhifə > Manşet, Hadisə > Qarabağın inşasına HARAM QATANLAR: işçilərin pulu verilmir...

Qarabağın inşasına HARAM QATANLAR: işçilərin pulu verilmir...


6-04-2025, 11:02
Qarabağın inşasına HARAM QATANLAR: işçilərin pulu verilmir...
"Biz Qarabağın azadlığı uğrunda cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında böyük şövqlə iştirak etdiyimiz kimi, indi də bu quruculuq işlərində bir işçi, fəhlə olaraq eyni həvəslə çalışırıq. Amma bəziləri var ki, bütün bu prosesə haram qatırlar". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətlərində Ağdamın Xıdırlı kəndində işləyən fəhlələr deyir.

Təxminən 15 nəfər olan və aralarında qazilərin də olduğu işçilərin sözlərinə görə, “Körpü-Bina-Tikinti” MMC-nin podratçı şirkətinin rəhbəri olan Natiq Əliyev onları işlətsə də, pullarını vermir:

"Biz dövlətimizə müraciət edirik, xüsusən də Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti rəhbərliyindən xahiş edirik ki, bizə kömək etsinlər ".
Geri qayıt