Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Gündəm > Naxçıvanda qiymətlər durmadan qalxır: DAHA BİR BAHALAŞMA...
Naxçıvanda qiymətlər durmadan qalxır: DAHA BİR BAHALAŞMA...1-04-2025, 09:10 |
![]() Naxçıvan sakinləri, Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında fəaliyyət göstərən marşrutların qiymətinin bahalığından şikayətlənirlər. 2 kilometrlik bu məsafə üçün sərnişinlər 1 manat ödəməli olurlar, halbuki əvvəllər qiymət yalnız 50 qəpik idi. Qiymət artımı, yüksək vəzifəli gömrük əməkdaşlarının bu sahəni monopoliyaya alması ilə bağlıdır. Sərnişinlər, bu marşrutların gündəlik olaraq minlərlə insana xidmət etdiyini və böyük pulların bu şəkildə dövr etdiyini bildirirlər. Şərur rayon sakini Vaqif Səfərəliyev deyir ki, marşrutlar artıq qazansın deyə, gömrükdə taksilərin də gediş-gəlişi qadağan olunub: “Əvvəllər rayondan taksiyə otururduq, bizi birbaşa Dilucu gömrüyünə, yaxud Türkiyə tərəfə aparırdı, ordan da müştəri götürüb, geri qayıdırdı. Aralıq məsafə üçün taksilər pul hesablamırdı. İndi taksiləri içəri buraxmırlar ki, məcbur olub, bunların marşrutlarına minək. Mən tez-tez gedib-gəlirəm. Hər dəfə gedib-gələndə iki manat artıq xərcim çıxır. Gün ərzində minlərlə insan bu mikroavtobusla gedib-gəlir. Əslində vətəndaşların rahatlığının təmin olunması məqsədilə açılan bu marşrut pulsuz olmalıdır. Lakin bunlar öz yaxın, inanılmış adamlarını buraya yerləşdirərək günlük yığılan pulları ciblərinə qoyurlar. ” Sədərək rayon sakini Samiq Rzayev isə həm qiymətdən, həm də xidmətdən narazıdır: “Demək olar ki, işimlə bağlı günaşırı sərhədi keçib, qayıdıram. Bəzən adam çox olur, marşrut tez dolur, rahat gedə bilirsən. Bəzən də pulu ödəyirsən, avtobus dolmur, gözləməli olursan. Mikroavtobus sürücülərinin hamısı demək olar ki, uzun illərdir bu gömrükdə yuxarılarla əlbir işləyiblər. O zaman seçim çox idi deyə, ucuz daşıyırdılar. İndi bir əldə cəmləşib deyə, istədikləri qiyməti qoyublar. Bilsək ki, verdiyimiz pullar dövlət büdcəsinə gedir, narazı olmarıq. Təəssüf ki, şəxsi ciblərə gedir. Burada ciddi özbaşınalıq var.” "Gündəlik Naxçıvan" Geri qayıt |