Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "3 aydır ki əməkhaqqımızı vermirlər..."
Əsas Səhifə > Manşet, Gündəm > "3 aydır ki əməkhaqqımızı vermirlər..."

"3 aydır ki əməkhaqqımızı vermirlər..."


19-03-2025, 08:22
"3 aydır ki əməkhaqqımızı vermirlər..."
"Araşdırılmasına ehtiyac duyulur. Əgər şikayət öz təsdiqini taparsa, işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan SOCAR AQŞ rəhbərliyi qanunvericilikdə nəzərdə tutulan qaydada (Azərbaycan Respublikası Əmək Məcəlləsi, maddə 310). maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyır və müvafiq məsuliyyətə cəlb edilməlidir. Və ARƏM Maddə 178. 1. əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməidir". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri məsuliyyətə dəvət edib.

M.Qəhrəmanlı SOCAR AQŞ-nin işçisinə istinadla problemi diqqətlərə çatdırıb:

"Üç aydır ki əmək haqqımız ödənilmir. Sonuncu dəfə əmək haqqımız 2024-cü ilin dekabr ayında verilib. Dedilər, bayramacan veriləcək. Bu gün (dünən nəzərdə tutulur -red.) deyirlər ki, pul yoxdur. Heç kim səbəbini izah etmir. Axı bizim ailəmiz var..."

Qeyd edək ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları: SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77%, Abşeron Qazma MMC -12.85%...

Məsələ diqqətimizdədir...

Geri qayıt