Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Gündəm > Fuad Nəcəflinin MAAŞ OYUNBAZLIĞI...
Fuad Nəcəflinin MAAŞ OYUNBAZLIĞI...18-03-2025, 08:29 |
![]() Naxçıvanda işçilərin gecikdirilən maaşları dövriyyəyə buraxılaraq yüksək vəzifəli məmurlara milyonlar qazandırır. İdarə və müəssisələrdə maaş işlərinə cavabdeh olan bir qrup əməkdaş belə iddia edir. “Gündəlik Naxçıvan”a danışan həmin əməkdaşların sözlərinə görə, bu sxemin arxasında yerli hakimiyyət nümayəndələri dayanır. Adlarının çəkilməsini istəməyən bu əməkdaşlar bildirirlər ki, maaş gecikmələri yerli hakimiyyət dəyişikliyindən sonra sistematik hala çevrilib: "Hər kəs bizə şikayət edir, guya maaşları biz vermirik. Halbuki özümüz də eyni vəziyyətdəyik, həmin pulu gözləyənlərdən biriyik. Artıq bezmişik. Həqiqəti mətbuat vasitəsilə elan edirik ki, insanlar bizdən yox, əsl səbəbkarlardan hesab sorsunlar. Yerli rəhbərlik milyonlarla manat maaşı dövriyyəyə buraxıb, ticarətdən gəlir götürür. Bizə isə tapşırılıb ki, maaşını istəyənləri müxtəlif bəhanələrlə yola verək." İddialara görə, bu sxemdə bəzi banklar da iştirak edir. Maaşlarını vaxtında ala bilməyən minlərlə işçi kredit ödənişlərini gecikdirir və əlavə faiz ödəmək məcburiyyətində qalır. Banklardan gələn bu faizlərin bir hissəsinin yerli rəhbərliyə çatdırıldığı bildirilir. Dövlət müəssisələrinin birində çalışan K. Bayramov deyir ki, maaş gecikdiyi üçün bank borcu 800 manat artıb: "Əvvəllər maaş ayın sonu və ya növbəti ayın ilk günlərində köçürülürdü. Biz də kredit ödənişlərini həmin tarixlərə uyğun salmışdıq. İndi isə maaş gecikir, borca faiz gəlir. Demək olar ki, dövlət işçilərinin çoxunun banklara krediti var və hamısı bu vəziyyətə düşüb. Mənə təkcə 800 manat əlavə faiz gəlib. Görün, bu yolla bizdən nə qədər pul qoparırlar. Açıq-aşkar soyğunçuluqdur." Geri qayıt |