Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda səhiyyə AĞLAR GÜNDƏ: Xəstələr də narazı... həkimlər də...
Naxçıvanda səhiyyə AĞLAR GÜNDƏ: Xəstələr də narazı... həkimlər də...6-03-2025, 11:22 |
![]() Naxçıvanda tibb işçilərinin maaşının azaldılması xəstəxanalarda, xüsusilə Diaqnostika-Müalicə Mərkəzində pasiyentlərə münasibətin pisləşməsinə səbəb olub. Şikayətçilər bildirirlər ki, maaşları azaldılan tibb bacıları və texniki heyət xəstələrlə soyuq və aqressiv davranır, hətta reanimasiyada belə ağır xəstələrin çağırışlarına cavab verilmir. Xəstəxanada son zamanlar müalicə almış sakinlər "Gündəlik Naxçıvan"a müraciətlərində bildiriblər ki, artıq tibb işçilərinə "hörmət etmədən" normal xidmət almaq mümkün deyil. Halbuki əvvəllər sığorta ilə müalicə alan xəstələrə münasibət fərqli idi. Həsən Əliyev bildirir ki, əvvəllər Diaqnostikada yatdığı müddətdə personalın davranışı ilə bağlı ciddi problem yaşamayıb. Lakin sonuncu dəfə xəstəxanada qaldıqda vəziyyətin kəskin şəkildə dəyişdiyini görüb: "Tibb bacıları deyir ki, maaşımızı kəsiblər, biz də bu pula uyğun işləyirik, şikayətinizi Səhiyyə Nazirliyinə edin. Sanki maaşlarını xəstələr azaldıb. Reanimasiyada xəstə çağıranda heç kim gəlmir, sistemləri normal qoşmurlar, damarları dəlik-deşik edirlər. Palatalarda da vəziyyət ürək açan deyil. Əgər orada kiminsə adamı yoxdursa, ona münasibət daha da pis olur." Xəstəxanada üç gün yatmış Zərifə Allahverdiyeva isə bildirir ki, tibb işçilərinin münasibəti ilə yanaşı, xəstəxananın ümumi vəziyyəti də pisləşib: "Əməliyyatdan sonra bir gün reanimasiyada, iki gün isə palatada yatdım. Xəstələrə olan münasibət yaxşı deyildi. Çağırırsan, harayına gələn olmur. Təcrübəli tibb bacılarının çoxunu uzaqlaşdırıb, yerinə kimlərinsə yaxın adamlarını gətiriblər. Sistem vurmağı belə bacarmırlar, damarlarımızı zədələyirlər. Xəstəxana yeməyi isə dəhşətlidir – içindən naməlum əşyalar çıxır. Əgər burada normal münasibət görmək istəyirsənsə, hökmən səni tapşıran biri olmalıdır, yoxsa xəstəxanada heç kim sənə insan kimi yanaşmır." Şikayətçilər bildirirlər ki, xəstəxanada təkcə tibbi xidmətin səviyyəsi aşağı düşməyib, həm də ümumi şərait dözülməz hala gəlib. İndi artıq xəstəxanada yatmaq özü xəstəlikdən daha ağır bir problemə çevrilib. Geri qayıt |