Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Əmək haqqı itkisi yalnız sıravi işçilərə şamil olundu: BƏS RƏİSLƏR?
Əsas Səhifə > Manşet, Cəmiyyət > Əmək haqqı itkisi yalnız sıravi işçilərə şamil olundu: BƏS RƏİSLƏR?

Əmək haqqı itkisi yalnız sıravi işçilərə şamil olundu: BƏS RƏİSLƏR?


5-03-2025, 11:11
Əmək haqqı itkisi yalnız sıravi işçilərə şamil olundu: BƏS RƏİSLƏR?
"Araşdırılmasına, dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur. Yazılanlar təsdiqini taparsa, bu vəzifə səlahiyyətlərindən sui istifadədir..." "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı açıqlamasında qeyd edib.
M.Qəhrəmanlı daha sonra qaldırdığı problemi neft işçilərindən birinə istinadla detallı şəkildə izah edib: "Azneft İstehsalat Birliyinin dəniz obyektlərində, əsasən Neft Daşları, 28 May NQÇİ N.Nərimanov adına NQÇİ və Abşeron NQÇİ-də 2025- ci ilin fevral ayında həm sahə üzrə məsul şəxslərin günahından və həm də hava şəraiti ilə əlaqədar işçilər vaxtında növbə dəyişə bilməmişdi. Və onu da qeyd edirik ki, bizimlə bərabər rəhbər işçilər də dənizə gedə bilməmişdi.
Lakin, əfsuslar olsun ki, bununla əlaqədar( iş günlərinin az olmasiyla) fevral ayının əmək haqqı itkisini yalnız fəhlələr hiss etdi...
Bəzi rəislər və onlara yaxın olan mühəndislər dənizə gedə bilməsələr də ,onların sahildə qaldığı günlər iş günü kimi qeyd olunduğu üçün əmək haqlarını tam alıblar. İşçilər qarlı, şaxtalı günlərdə küçələrdə qaldığı halda, həmin rəislər heç evlərindən çölə çıxmadığı halda onların dənizdə olduqları qeyd olunub..."

Geri qayıt