Əsas Səhifə > Manşet, Hadisə > "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?"

"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?"


Dünən, 11:33
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?"
"Həmkarım Nizami Aslanoğlunun adından telegram ünvanıma mesaj gəlmişdi. Mənə Expressbanka məxsus karta 150 manat köçürülməsi xahiş olunurdu. Mən də tanış adam olduğu üçün pulu karta köçürtdüm. Sonra votsapda Nizami Aslanoğluya yazıb köçürmə qəbzini göndərdim..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında jurnalist Sima Babayeva qeyd edərək, əlavə ittihamlar səsləndirib.
S.Babayeva yazır: "Nizami bəy təəccübləndi. Məlum oldu ki mesajı o yazmayıb. Deməli əsl kibercinayət hadisəsi baş verib. Nizami Aslanoğlunun adından kimlərsə istifadə edərək bu yolla pul mənimsəyirlər.
Kartın balansını yoxlayanda gördük ki, vəsait yoxdur. Bu barədə dərhal banka və polisə məlumat verdim. Qəribəsi odur ki, Expressbank məsələni aydınlaşdırmaq üçün heç nə etmir. Deyirlər, guya hüquq-mühafizə orqanları araşdırmalı, 3 ay sonra baxılmalı, məhkəmə qərar verməlidir.
Bunları başa düşdük. Onsuz da ortada fırıldaq varsa, hüquq-mühafizə orqanları bu məsələyə baxmalıdır. Məni maraqlı gələn odur ki, Expressbank niyə müştəriyə kömək etmək istəmir?
Sizin bank kartınıza pul köçürülüb və pul yoxa çıxıb. Bunu soruşuram. 3 ay gözləmə müddəti sizə aid ola bilər. Pulların itməyinə görə bank məsuliyyət daşıyır. Mənim pulumun necə mənimsənildiyini bilmək haqqım var. Bəlkə bu vəsait müştəriyə vacib lazımdı. Bu nə xidmətdir?
Bu xidmət yox, elə siz Expressbankın hoqqasıdı. Buna görə də cinayət məsuliyyəti var. Yox əgər səhv olubsa, səhlənkarlıq olubsa, onda bunu edəni göstərin. Bu məsələ 2×2 qədər sadədir. Mən bu fırıldaqda elə Expressbankı günahlandırıram.
Əgər müştəri ilə bu cür kobud davranırlarsa, deməli bu işdə nəsə şübhəli məqamlar. Eybi yox, qoy araşdırılsın. Belə bank elə araşdırılsa yaxşıdır. Vətəndaşın pulu bank kartından itirsə, ilk növbədə bank məsuliyyət daşıyır.
Bank isə müraciət edib məsələni aydınlaşdırmaq istəyən adamla danışmaq istəmir. Belə münasibət heç bir yerdə ola bilməz. Mən şəxsən öz adımdan hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Expressbankın fəailiyyəti, bu bankın kibertəhlükəsizlik məsələləri yoxlanılıb lazımi tədbir görülsün..."

Geri qayıt