Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvana qar yağdı... YEYİNTİ ÜZƏ ÇIXDI...
Əsas Səhifə > Manşet, Ölkə > Naxçıvana qar yağdı... YEYİNTİ ÜZƏ ÇIXDI...

Naxçıvana qar yağdı... YEYİNTİ ÜZƏ ÇIXDI...


18-02-2025, 08:44
Naxçıvana qar yağdı... YEYİNTİ ÜZƏ ÇIXDI...
Naxçıvanda qarın yağması daha bir büdcə yeyintisini gün işığına çıxarıb. Yeni texnikaların alınması üçün Naxçıvan Dövlət Avtomobil Yollarına milyonlarla manat vəsait ayrılsa da, yollar hələ də köhnə traktorlarla təmizlənir. Müasir minik avtomobillərinə bu yaxınlarda yarım milyon manata yaxın pul xərcləyən agentlik, qar təmizləmək üçün yeni texnika almağa isə maraq göstərmir.
Görüntülərdə qar təmizləyən "DT-57" traktorları 1950-cı illərdə istehsal olunublar və öz istismar müddətlərini on illər əvvəl başa vurublar. Üstəlik, polad zəncirlə hərəkət edən bu traktorlar asfalt yolları təmizləmək üçün deyil, qayalıqda yol açmaq üçün nəzərdə tutulmuşdu. Asfalt örtüyünü sıradan çıxardığı üçün bu texnikaların avtomobil yollarında istifadəsi hələ sovet dövründə qadağan edilmişdi.
Yollara duz səpilməsi üçün isə agentlik 70-ci illərə aid "KamAZ" markalı yük avtomobillərindən istifadə edir.
Naxçıvan Dövlət Avtomobil Yolları publik hüquqi şəxs ötən ilin sonlarında Ali Məclisin qərarı ilə yaradılıb. Yeni qurum olmasına baxmayaraq, agentliyin adı artıq büdcədən vəsaitin təyinatına uyğun xərcləməməkdə hallanır.

Gündəlik Naxçıvan

Daha ətraflı aşağıdakı videoda:

baxmaq üçün BURA TIKLAYIN...

Geri qayıt