Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb...
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb...Bu gün, 11:26 |
![]() Naxçıvanda fəaliyyət göstərən yanacaq doldurma məntəqələrində keyfiyyətsiz yanacaq satılması və sürücülərin aldadılması ilə bağlı şikayətlər artır. "Gündəlik Naxçıvan"a müraciət edən sürücülər iddia edirlər ki, satılan yanacağa İrandan gətirilmiş kəskin qoxulu qazol mayesi qarışdırılır. Onların sözlərinə görə, bu maye yanacağın yanma qabiliyyətini artırsa da, avtomobil motorlarına ciddi zərər verir. Üstəlik, qazolin bir müddət sonra buxarlandığı üçün yanacağın həm həcmi, həm də yanma qabiliyyəti azalır. Sürücü Bayram Həsənov deyir ki, son dövrlərdə benzinə vurulan qazolun həcmi artıb: "Onsuz da yanacağın qiyməti bahadır. Heç olmasa keyfiyyətli yanacaq satsınlar. Deyilənə görə, İrandan ucuz gətirilmiş qazolin adlı məhsulu benzinin içinə qarışdırıb satırlar. Əvvəllər belə deyildi, az qatırdılar. Amma son bir ayda tamamilə keyfiyyətsiz yanacaq satırlar. Naxçıvan şəhərindəki İpək Yolu YDM-dən aldım, zay idi. Fikirləşdim ki, bəlkə yalnız burada belədir. İkinci dəfə 'SV' YDM-dən 20 litr yanacaq aldım, amma yenə eyni problem oldu. Benzin vurandan sonra avtomobilin içi kəskin qazol qoxusuna bürünür. Qoxu o həddədir ki, hətta paltarlara da hopur. Hara gedirik, qaz qoxusu veririk. Həm keyfiyyətsiz yanacaq satırlar, həm də hava vururlar. Qazolin uçub gedəndən sonra maşın yerimir." Başqa bir sürücü, Şahmar Cəlilov da oxşar problemlərdən şikayətlənir: "Bir neçə gün əvvəl Türkiyədən qayıdanda Şərur rayonunda, Zeyvə kəndi yaxınlığındakı YDM-dən 20 manatlıq benzin aldım. Babək rayonuna, mənzil başına zorla çatdım. Avtomobil nə sürət açırdı, nə də düzgün işləyirdi, üstəlik içəridən kəskin yanacaq qoxusu gəlirdi. 90-cı illərdə yanacaq daşımaqla məşğul olmuşam. Adətən normal yanacağa İrandan gətirilən qazol adlı məhsul qarışdırıldıqda belə hallar baş verir. Bir neçə YDM-dən yanacaq alsam da, keyfiyyətdə fərq olmadı. Bu keyfiyyətsiz yanacaqlar avtomobillərimizi sıradan çıxarır." Sürücülər həm yanacağın keyfiyyətsiz olması, həm də yanacaq miqdarı ilə manipulyasiya edilməsinə – hava vurulmasına qarşı aidiyyəti qurumların təcili tədbirlər görməsini tələb edirlər. Geri qayıt |