Əsas Səhifə > Manşet, Güney Press > UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ?
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ?Bu gün, 10:26 |
![]() "UNEC-in Dərbənd filialı 1993 cü ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. 32 ildir fəaliyyət göstərən UNEC-in Dərbənd filialı 30 ildir ki,məzunların diplom verilməsində heç bir problem yaranmamışdır. Son 2 il yəni 2023-2024 cü il məzunlarına nazirlik diplomlarını vermir..." "DİA-AZ" xəbər verir ki, bu barədə diplom almaları əməlli-başlı problemə çevrilmiş İqtosad Universitetinin Dərbənd filialının tələbələri adından edilən müraciətdə deyilir. Müraciət müəllifləri daha sonra qeyd edir: "Ortada sual yaranır. Nazirlik UNEC-in Dərbənd filialının təhsilindən narazıdısa niyə filialı bağlamır? Niyə hər il ora tələbə qəbulu həyata keçirdir? Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilmişdir. Filiala hər il Azərbaycan Respublikası tərəfindən ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu planı verilir. Bu plan tam yerinə yetirilir. Filialda ödənişsiz əsaslarla təhsil alan tələbələr Universitetdə təhsil alan tələbələr qədər təqaüdlə təmin olunurlar.Filial tamamilə Azərbaycan Respublikası tərəfindən maliyyələşir.Bəs bu günə qədər diplomlar verilirdisə indi niyə verilmir.?Demək nazirlik deyir ki, siz DİM vasitəsilə qəbul olmamısınız, müsabiqə yolu ilə qəbul olmusunuz. Hər iki müəsisənın dedikləri arasında ziddiyət təşkil edir. Amma UNEC-in öz rəsmi saytında Dərbənd filialının qəbul qaydaları əks olunub və filial Rusiya Federasiyasının tələbələrin qəbul qaydalarına uyğun olaraq tam qanuna uyğun şəkildə aparılır. Bəli Çünki UNEC in Dərbənd filialı Azərbaycanın universiteti olsada, o Rusiya Federasiyasının ərazisində yerləşdiyi üçün, Rusiyanın tələbə qəbul qaydalarına uyğun aparılır. Necə ki, Moskva Lomonosovun Bakı filialı var, və o Azərbaycan Respublikasının vahid ərazisində yerləşdiyi üçün o Azərbaycan Respublikasının tələbələrin qəbuluna uyğun aparılır Yəni, Dövlət İmtahan Mərkəzi ilə qəbul aparılır. Hər hansı bir ali təhsil müəsisəsi, filialı, hansısa ölkədə fəaliyyət göstərirsə həmin ölkənin lisenziyası əsasında tələbələrin qəbul qaydalarına uyğun aparılır. Misir Mərdanov... Mikayıl Cabbarov... Ceyhun Bayramov... Bu nazirlərin dövründə diplomların verilməsində heç bir problem yaranmadı. Emin Əmrullayev gələndən sonra diplomlar verilmir. Məlum məsələdir ki, nazir UNEC rektoru ilə yola getmir. Bunun da məzunlara aiddiyatı olmamalıdır... normalda..." ![]() Məsələ diqqətimizdədir... Geri qayıt |