Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR?
Əsas Səhifə > Manşet, Siyasət > AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR?

AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR?


Bu gün, 09:38
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR?
"Yazıb Sizlərdən xahiş edirəm ki, "Azəriqaz" İB-də şöbə rəisi olan Səməd Əliyev himayədarlıq etdiyi Ağsu RQİİ-nin rəisi Vəli Sadıqov və onun xüsusi tapşırığı və tövsiyəsi ilə Göyçay XS-nə təyin olunan 5 ildən az iş təcrübəsi olan, Göyçayda rəsmən FEODALİZM quran Məlikməmməd Mehtiyev barələrində ciddi tədbirlər görəsiniz". "DİA-AZ" xəbər verir ki, bu ifadələr "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Emil Tahirovun SOCAR rəhbərliyinə etdiyi müraciətində yer alıb.

Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Hörmətli "Azəriqaz" İB rəhbərləri... bəsdirin bu şahmat lövhəsində fiqur dəyişən kimi müdir dəyişdiniz.... Nədi sizin bu marağınız? İşinin öhdəsindən gəlməyəni işdən çıxarmaq əvəzinə yerdəyişmə edirsiniz... niyə? Səməd Əliyev cənabları, nədir sizin bu Vəli Sadıqova bağlılığınız? Ağsunun qara qoçları, yoxsa balı qaymağı? Unutmayın Ağsu RQİİ-yə təyin olunana rəhbərlərin sərişdəsizliyi ucbatında Göyçay XS 2015-ci ildə bir neçə günlük tətil etmişdir. Yalnız Göyçay İH-başçısı M.Ağayevin səyi nəticəsində işçilər işə qayıtdı...

2022-ci ilin aprel ayında 33 nəfər kollektiv şəkildə o zamankı SOCAR rəhbəri R. Abdullayevə müraciət etdi... Məktublar hələ də arxivdədi... O vaxt ki "Azəriqaz" rəhbəri R.Əliyevin səyi nəticəsində, yəni onun kollektivə verdiyi sözlər müqabilində haqlı narazılıqlarından əl çəkdilər.

Düzdür, verilən vədləri yerinə yetirməsələr də, kimlərsə unutdubsa olanları... biz unutmamışıq.

Hörmətli SOCAR prezidenti Rövşən Nəcəf, sizdən artıq dərəcədə xahiş edirəm... yazdıqlarımı araşdırın və tədbir görün..."

"DİA-AZ" xatırladır ki, dünən E.Tahirovun yer aldığı ittiham dolu müraciəti də təqdim etmişdik:

YAZISI BURADA: AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...

Geri qayıt