Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür”
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür”Bu gün, 04:09 |
![]() "Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin mötəbər bir tədbirində iştirak edirdik. Tədbir Fairmont Baku oteldə keçirilirdi. Ümumi müzakirələrdən sonra tədbir başa çatdı və parkingə endik. Bu zaman 4 məktəb direktoru (3 nəfər xanım, 1 nəfər bəy) dəyəri 100-150 min manat aralığında olan son model avtomobillərə əyləşdi”. Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib. O qeyd edib ki, bahalı maşın sürənlərin çoxu yeni təyin edilən direktorlardır: "Bunların əmək fəaliyyətinə başladığı dövrü araşdırdım. Məlum oldu ki, bəziləri 6, bəzilərisə 10 ildir ki, direktor vəzifəsini icra edir. Aylıq 2000-2500 manatla bu avtomobilləri əldə etmək utopik səslənir. Ekspert nazirliyə də təklif irəli sürüb: "Elm və Təhsil Nazirliyi təhsilverənlərin ardınca mütləq direktorların sertifikasiyasını həyata keçirməlidir”. \AZXEBER.COM Geri qayıt |