Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar

Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar


Bu gün, 10:33
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar
Ermənistanda doğum yeri “Azərbaycan” yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb. "DİA-AZ" publika.az-a istinadən xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə Azərbaycan ərazisi kimi tanınıb.
2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə torpaqlarımız işğaldan azad ediləndən sonra da Ermənistanın Qarabağda məskunlaşdırdığı ermənilərə verdiyi pasportlarda doğum yerinin “Azərbaycan” göstərilməsi dəyişməyib. Buna səbəb belə pasportların bir hissəsinin 2020-ci ilə qədər verilməsidir.

2019-cu ildə İrəvanın Davtaşen rayonundakı pasport idarəsindən yeni pasport alan Marina Belova adlı erməni qadın işğal dövründə Xocavəndin Çartar kəndində yaşayıb. Buna görə ona verilən pasportda doğum yeri “Azərbaycan” göstərilib. Pasportun etibarlılıq müddəti 2029-cu ilə qədərdir. Qarabağın işğaldan azad edilməsi ilə Ermənistana qayıdan M.Belova pasportun dəyişdirilməsi üçün dəfələrlə müraciət etsə də, buna nail bilmir. Qarabağın azad edilməsindən 5 il keçməsinə baxmayaraq, belə pasportların hələ də qüvvədə olması erməniləri şoka salıb.

Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar

Geri qayıt