Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb

Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb


Bu gün, 09:31
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb
Hazırda həbsdə olan “Gənc Qazilər” İB-nin sədri Qazi Hacı Vəliyev həkim müayinəsi üçün 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparılıb.

Bu barədə məlumatı Gununsesi.info-ya ailə üzvləri bildirib.

Hacı Vəliyev ailə üzvlərinə bildirib ki, havaya çıxa bilmir, gözləri ağrıyır. “Saxlanılma şəraitində müalicə və müayinəsini həyata keçirmək üçün həkim ayrılmayıb. Onun reabilitasiya mərkəzində müalicəyə ehtiyacı var” deyə yaxınları əlavə edib.

Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıq ittihamı ilə həbs edilsə də o, bu ittihamı qəbul etmir.

Həbsini sosial mediada tənqidi çıxışları ilə əlaqələndirib.

Geri qayıt