Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB...
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB...Dünən, 12:22 |
![]() Rusiya televiziya kanallarında Moskvada keçirilən 9 may paradını izlədim və qısa müşahidəm əsasında Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməməsinin doğru qərar olmasının sadəcə iki səbəbini söyləyim. Birincisi, paradda qonaqların hamısının yaxasında “gerogi lenti” var idi. Qonaq dövlət başçılarından kimsə bunu yaxasına vurmaqdan imtina edə bilməzdi, bu məcburi idi. “Georgi lenti” isə Rusiya işğalının rəmzidir. Rusiyadakı şovinistlər Gürcüstan torpaqlarını işğal edəndə georgi lentini yaxalarına taxırdılar, Ukraynaya qarşı işğalçı müharibədə də yaxalarını bu lentlər "bəzəyir". Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Prezidenti yaxasına işğalçı rəmzi vurmaz. İkincisi, hərbi texnikanın Qızıl meydandan keçişi zamanı aparıcı tez-tez Ukraynanın adını çəkmədən bu ifadəni işlədirdi: “Bu hərbi texnikadan “xüsusi əməliyyat” zamanı istifadə edilir”. Bu da bir daha göstərir ki, Kreml bu paraddan siyasi məqsədlər üçün istifadə edib. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |