Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İrəvanda Azərbaycan səfirliyi var: evimdən 29 metr aralıda
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvanda Azərbaycan səfirliyi var: evimdən 29 metr aralıda

İrəvanda Azərbaycan səfirliyi var: evimdən 29 metr aralıda


22-04-2025, 06:09
İrəvanda Azərbaycan səfirliyi var: evimdən 29 metr aralıda
“Mənim Şahramanyana (keçmiş qondarma rejimin son başçısına – red.) əməkdaşlıq təklifim var: “artsax” məsələsinin tam həlli ilə bağlı rəsmi məktub təqdim edəcəyəm”.

Globalinfo.az xəbər verir ki, bunu erməni terrorçu Qaregin Njdenin adına yaradılmış təşkilatın təmsilçisi Vardan Taraxçyan deyib.

O, İrəvanda məhv olmuş qondarma rejimin “nümayəndəliyinin” yaxınlığında jurnalistlərlə söhbətində absurd iddialar səsləndirib:

“Azərbaycan səfirliyi İrəvanda evimdən 29 metr aralıda yerləşir. Mən səfiri mütəmadi olaraq görürəm, adını bilmirəm”.

Jurnalist ondan bu sözləri məcazi mənada deyib-demədiyini soruşub, V.Taraxçyan suala konkret cavab verməyib.

Qeyd edək ki, sülh və diplomatik əlaqələr olmadığı üçün iki ölkə arasında səfirlik səviyyəsində təmsilçilik yoxdur.
Geri qayıt