Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana…
Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana…Bu gün, 10:12 |
![]() Nikol Paşinyan rəsmi İrəvanın Bakı və Ankara ilə əlaqələrin bərpası üçün addım atmağa hazır olduğunu bəyan edib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. “Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması (layihə 2022-ci ildən dövriyyədədir) Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək”, - deyə o, bildirib. Baş nazir iddia edib ki, bu qərarlar Ermənistan Nazirlər Kabineti tərəfindən təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul edilməyib və bir-iki həftə ərzində qəbul edilə bilər. “Naxçıvana daxil olmaq üçün infrastruktura gəlincə, bunu da kifayət qədər tez etmək olar. Yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə Laçın-Kornidzor hissəsi ilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər hərəkət edə və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər”, Paşinyan deyib. Onun fikrincə, eyni şey əks istiqamətdə də doğrudur. “Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur hazırda hazırdır, yalnız Bakı və Ankara razılaşarsa, de-yure qərar qəbul etmək qalır”, o əlavə edib. Paşinyan bununla Zəngəzur dəhlizini arxa plana keçirməyə çalışır. Geri qayıt |