Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sərkisyan və Paşinyanı birləşdirən hadisə
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərkisyan və Paşinyanı birləşdirən hadisə

Sərkisyan və Paşinyanı birləşdirən hadisə


Bu gün, 07:20
Sərkisyan və Paşinyanı birləşdirən hadisə
“Həmişə düşünmüşəm ki, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan hazırda Qarabağ məsələsini bitmiş hesab edən sələfi Robert Köçəryandan fərqli olaraq “artsax”ın taleyinə görə daima narahatlıq keçirib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.

Onun sözlərinə görə, Sərkisyan Qarabağı Ermənistana bağlı saxlamaq üçün ATƏT-in Minsk qrupunun ətraf ərazilərin Azərbaycana təhvil verilməsinə dair təklifi ilə razılaşmaq istəyib:

“Lakin o, son anda geri çəkildi və bu tarixi yükün altına girə bilmədi. Beləliklə “artsax”ın ıtrafındakı ərazilər də qaytarılmadı. Sərkisyan hələ o zaman məsuliyyətdən qaçmağa, bu məsələdə səlahiyyəti parlamentin üzərinə yıxmağa çalışırdı. Bəzən 2016-cı ildə aprel ayındakı döyüşlərdən sonra iyulun 17-də başlayan silahlı qiyamın Sərkisyanın bu məqsədi ilə bağlı olduğunu düşünürəm.

İyul qiyamında hazırkı baş nazir Nikol Paşinyanın da iştirakı diqqət çəkir. Serj Sərkisyanı istefaya səsləyənlərdən biri də o idi. Hazırkı baş nazir Sərkisyanı birinci prezidenti Levron Ter-Petrosyanla əlbir olmaqda və Qarabağın ətraf ərazilərinin təhvil verilməsini hədəfləməkdə ittiham edib. Beləliklə Sərkisyanın təhvillə bağlı düşüncələri icra edilmədi. Yəni doğurdanmı o zaman bu iki arasında əməkdaşlıq olub? Yalnız gələcəkdə indiki məxfi sənədlər açıldıqda biz Sərkisyan və Paşinyanla bağlı həqiqəti öyrənə biləcəyik”.

Qeyd edək ki, 2016-cı ildə Aprel döyüşlərindən sonra, iyulun 17-də bir qrup parlament nümayəndəsi Sərkisyan hökumətinı qarşı silahlı üsyan qaldırdıqlarını elan ediblər. Bu zaman onun prezident vəzifəsindən istefası tələb olunub. O zaman hətta silahlı dəstə bir qrup hökumət nümayındəsini əsir götürüb. Daha sonra separatçılardan Vitali Balasanyan araya girib və onların azad edilməsinə nail olub.
Geri qayıt