Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb
“Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıbDünən, 09:46 |
![]() “Atəşgah” Sığorta Şirkəti ASC-nin rəhbərlərindən biri sayılan Yekaterina Şebarova Alekseyevna vəzifəsini tərk edib. Banker.az xəbər verir ki, Yekaterina Şebarova indiyə qədər sığorta şirkətinin Direktorlar Şurasında müstəqil üzv kimi təmsil olunurdu. O, 2022-ci ilin ilk yarısından etibarən bu vəzifədə Vladimir Solovyovu əvəz edərək şirkətdə çalışırdı. Sığorta şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”ə, 27%-i “Ran-Exim” şirkətinə, 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Səhmdarlardan “Ran-Exim” şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır. Geri qayıt |