Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanlı ailə İsveçrədən qovuldu
Azərbaycanlı ailə İsveçrədən qovulduBu gün, 00:04 |
![]() Gənc azərbaycanlı ailə İsveçrədən deport olunub. "DİA-AZ" Axar.az-a istinadla xəbər verir ki bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli məlumat yayıb. O, hadisənin təfərrüatını belə şərh edib: “İsveçrəyə gənc azərbaycanlı ailə gəlib. Bir uşaqları var, gəlin də hamilədir. Soruşublar ki, niyə gəlmisiz. Gənc oğlan deyib ki, məni zorla hərbi xidmətə aparmaq istəyirlər, müharibə təhlükəsi var, mən ermənilərə qarşı vuruşmaq istəmirəm (Avropada yaşamaq izni almağın yeni "metodu" - red.). İsveçrə tərəfi deyib ki, həm xanımınıza, həm də sizə - hər birinizə 15 min avro verək, qayıdın gedin Azərbaycana. Gənc oğlan razılaşmayıb. Deyib ki, hərəmizə heç olmasa, 20 min verin! İsveçrə tərəfi buna razı olmayıb. Növbəti görüşdə İsveçrə tərəfi deyib ki, hərənizə 500 avro veririk, ölkəni tərk edin. Gənclər razılaşmayıb. Belə olduqda polis gücünə gənc ailəni təyyarəyə basıb, Bakıya göndəriblər". Geri qayıt |