Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab

Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab


Dünən, 23:22
Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab
Ermənistan mediası növbəti dəfə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinə Ruben Vardanyan və Bakıda mühakimə olunan digər şəxslərlə bağlı sual ünvanlayıb.

“Ruben Vardanyanın və digərlərinin Rusiya Federasiyasının vətəndaşları olmadığını vurğulayan erməni mediası bununla belə, “Rusiyanın münaqişənin həllində uzun illər vasitəçiliyini, Rusiya sülhməramlılarının artsax hakimiyyəti ilə əməkdaşlığını nəzərə alaraq”, rəsmi Moskvanın həmin şəxslərin azad edilməsinə kömək edə biləcəyi haqda sual verib.

“Əvvəlki brifinqlərdə mövzuya münasibət bildirmişdik. Düzgün qeyd etdiyiniz kimi, bu şəxslər Rusiya vətəndaşları deyillər.

Əminik ki, humanitar məsələlərin ikitərəfli Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınması Bakı ilə İrəvan arasında etimad mühitinin yaradılmasına kömək edəcək. Biz, öz növbəsində, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişlərinə sadiqliyini, o cümlədən qaçqınların hüquqlarına hörmət, mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin axtarışı, saxlanılan şəxslərin dəyişdirilməsi kimi məsələlərin həllinin vacibliyini təsdiq edirik.

Biz azərbaycanlı və erməni tərəfdaşlara tələb olunan yardımı göstərməyə hazırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin cavabında bildirilib.

Musavat.com
Geri qayıt