Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?..
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?..Bu gün, 16:38 |
![]() İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fevral ayında katric almağa 560 min manat sərf edib, lakin bu son rəqəm deyil... Poliqon xəbər verir ki, 560.002,98 manatlıq katric almaq üçün qurum “Caspian Supplies Aze” MMC ilə fevralın 21-də müqavilə bağlayıb. İŞBSTX ümumilikdə 290 ədəd katric alacaq. Lakin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin katric və digər avandalıqlara olan həvəsi bununla bitməyib. Qurum fevralın 27-də printer, foto üçün kağız, katric və yaxa mikrofonu almaq üçün “Azimut Təchizat” MMC ilə 331 575 manatlıq müqavilə bağlayıb. Yəni İŞBSTX təkcə fevral ayında katric və digər ofis avadanlıqları üçün 1 milyona yaxın pul xərcləyib və bəlkə də bu 2025-ci il üçün son rəqəm olmayacaq. Təbii ki, bütün bu kimi xərclər 1 kubmetr suyun istehlakçıya çatdırılması xərclərinə aid edilir və sonucda faktura vətəndaşa kəsilir. Qeyd edək ki, iki gün əvvəl İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, Aydın Abbasova görə 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bəs görəsən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. Və doğrudanmı bütün bu vəsaitin hamısı qurum üçün katric almağa sərf ediləcək?.. ![]() ![]() Geri qayıt |