Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədiBu gün, 12:21 |
![]() Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dədəkişi Vəlizadə vəsatət qaldırıb. O, bu işdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin zərərçəkən qismində tanınmasını istəyib: "Məlumdur ki, dövlət büdcəsindən vəsait Maliyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi üçün qurumlara ayrılır. Ayrılmış vəsait təminatı üzrə xərclənməyib və dövlət büdcəsinə ziyan dəyib. Bu səbəbdəndə ziyan həmin nazirliyə dəymiş hesab olunur. Sizdən xahiş edirəm ki, bu işdə zərərçəkən qismində Gənclər və İdman Nazirliyi deyil, Maliyyə Nazirliyinin tanınsın". Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatəti əsassız hesab edərək təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib. Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib. Geri qayıt |