Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Şahin Bağırov onu rəis təyin etdi
Şahin Bağırov onu rəis təyin etdiDünən, 15:56 |
![]() Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib. "DİA-AZ" Unikal-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Həsənli Tural Məhərrəm oğlu təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi. Qeyd edək ki, DGK-nin Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb. Geri qayıt |