Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir?
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir?Dünən, 11:40 |
![]() ABŞ-Rusiya danışıqlarının başlamasından sonra Ukrayna müharibəsinin tezliklə başa çatacağı haqda fikirlər səsləndirilir. İddia edilir ki, Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə bitsə, Vladimir Putin üzünü Cənubi Qafqaza çevirəcək və ölkəsinin burada itmiş nüfuzunu bərpa etməyə çalışacaq. Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, müharibənin Rusiyanın üstünlüyü ilə bitməsi mübahisəli məsələdir: “Müharibə hələ başa çatmayıb. Rusiyanın iqtisadi vəziyyəti ağırdır. Döyüşləri davam etdirməyə gücü çatmır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi bitsə, bu o demək deyil ki, Moskva Cənubi Qafqazda güc dilinə keçəcək. Fikrimcə, belə ağır müharibədən sonra Rusiya uzun müddət müharibə, gərginlik haqda düşünməyəcək”. M.Sadəddinov qeyd edib ki, Ukrayna müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir: “Lakin bu o demək deyil ki, hamısı gerçəkdir. Bu baxımdan müharibənin dayandırılması kimi fikirləri də real deyil. Ukrayna öz mövqeyini bildirib, heç vaxt ərazisindən imtina etməyəcəyini bəyan edib. Ukraynanın mövqeyini bir çox ölkələr dəstəkləyir. Əks arqumentlərin əsası yoxdur. Trampın birinci hakimiyyəti dövründə Şimali Koreya ilə danışıqlar gedirdi. Bunun axırı necə oldu? Meksika ilə divar tikilirdi. Axırı necə oldu? Məsələ ondadır ki, bütün bu işlər Tramp dövründə başlamışdı. Tramp belə layihələri başladır, sonra yarımçıq qalır”. Geri qayıt |