Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > SDU-ya rəhbərlik ona tapşırıldı
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > SDU-ya rəhbərlik ona tapşırıldı

SDU-ya rəhbərlik ona tapşırıldı


Bu gün, 17:27
SDU-ya rəhbərlik ona tapşırıldı
Sumqayıt Dövlət Universitetinə (SDU) yeni rektor əvəzi təyin olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq sənədlə bu vəzifənin icrası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqova həvalə olunub.

Qeyd edək ki, Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra AMEA Rəyasət Heyətinin Elmi-təşkilat şöbəsinin, Elmi-Təşkilat İdarəsinin, Elm və Təhsil Baş İdarəsinin rəisi vəzifələrində işləyib. Ə.Sadıqov 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi (vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilib. 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilib. O, həmçinin müxtəlif illərdə Azərbaycanın aparıcı universitetlərində dosent və professor vəzifələrində işləyib.

2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.

Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, İdarəetmə Sistemləri İnstitutunda və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü, bir neçə nüfuzlu elmi jurnalın redaksiya heyətinin üzvü, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının eksperti, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmşünaslıq üzrə Elmi Şurasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının medalı ilə təltif olunan professor 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, həmçinin 2 patentin və 2 ixtiranın müəllifidir.

Xatırladaq ki, daha əvvəl SDU-nun rektoru Rüfət Əzizov olub. O, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla SDU-nun rektoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru təyin olunub.

Geri qayıt