Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!!
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!!Dünən, 16:35 |
![]() Rusiyanın “5-ci kolonu”na bağlı adları hallandırılan keçmiş məmurların adi danışıq qabiliyyətləri də yoxdur. Ramiz Mehdiyev yazılanlara “axmaq-axmaq söhbətlər yayırlar, bunların hamısı yalandır”, keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “kimlərinsə qarnı ağrıyır”, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev isə “Bakıda deyiləm, açıqlama verə bilmirəm”, deyərək reaksiya bildiriblər. Bunlardan biri də onlara ünvanlanan ittihamlara geniş şəkildə şifahi və ya yazılı açıqlama yayımlamayıb. Adlarınız Azərbaycanın sərnişin təyyarəsini raketlə vuran, vətəndaşlarımızı öldürən və ölkəmizə qarşı qara təbliğat aparan Rusiyaya bağlı şəbəkəylə əlaqəli hallanır. Özünə hörmət edən şəxs özünü təqsirli bilmirsə və deməyə sözü varsa, dərhal geniş müsahibə verər, mətbuat konfransı keçirər, ya bunları da bacarmırsa, mediaya yazılı cavabını göndərər. Həmin şəxs bütün bunları etmirsə, demək Rusiyanın şəbəkəsinə bağlılığı haqqında yazılanlara şübhə yeri qoymur. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |