Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiyadakı azərbaycanlılar deportasiya olunur?
Rusiyadakı azərbaycanlılar deportasiya olunur?Bu gün, 09:27 |
Xəbər verdiyimiz kimi, Azərbaycan “Rus Evi” ilə bağlı Rusiyaya nota verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında bu barədə danışıb. “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiyaya məlumat verilib. Digər tərəfdən Rusiyanın hər vəchlə AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin araşdırma nəticələrinə məhəl qoymaması, Azərbaycana qarşı qərəzli yanaşmalar sərgiləməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Azərbaycanın Rusiyanı beynəlxalq məhkəməyə verməsi məsələsi də müzakirə olunur. Bəs, Moskva Azərbaycana hansı cavabla qarşılıq verə bilər? Ən təsirli “silah” olan miqrantlara hücumlar başlana bilər? Buna hazırıqmı? Putin bu addıma gedər? Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas səbəbkarı rəsmi Moskvadır: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmasını Kreml qəbul etmək istəmir. Qazaxıstanın məlum açıqlamalarından sonra Rusiya mediasında ölkəmizə qarşı təbliğatlar aparılmaqla cinayətin ört-basdır edilməsinə çalışırlar. Azərbaycanın tələbləri olduqca sadədir və beynəlxalq hüquqa, ədalətə əsaslanır. Rusiya bu təyyarənin onun ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qəbul etməli, səbəbkarlar cəzalandırılmalı, Azərbaycandan üzr istənilməli və kompensasiya ödənilməlidir. Kreml isə üzrxahlıqdan savayı yerdə qalan tələblərin heç birini yerinə yetirməyib. Azərbaycana qarşı Rusiya media məkanında total təbliğat kampaniyası aparılır. Bu da üç il əvvəl imzalanmış müttəfiqlik fəaliyyətinə dair memoranduma ziddir”. Politoloqun sözlərinə görə, Azərbaycan öz haqlarını qorumaq və tələblərini qəbul etdirmək üçün müvafiq addımlar atır: “Rusiya deyilən tələbləri yerinə yetirməzsə, məsələ beynəlxalq məhkəməyə çıxarıla bilər. Rusiyanın yekəxana imperiya ədaları nümayiş etdirməsi, Azərbaycana bu cür münasibət göstərməsi qəbuledilməzdir. “Rus evi”nin bağlanması məsələsi gündəmdə idi. Bu mərkəz qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Azərbaycan da onların qeydiyyatdan keçməsi ilə bağlı məsələni önə sürüb. Rusiyaya məlumat verilib. Rəsmi Moskva müəyyən tədbirlərin görüləcəyini bildirib. Nəhayət, Rusiya siyasi elitasında hakimiyyət daxilindəki anti-Azərbaycan qüvvələrinin iki ölkə münasibətlərini pozmaq cəhdi uğursuz olacaq. Əgər Rusiya hazırkı mövqeyini davam etdirməkdə israrlı olarsa, rəsmi Bakı uyğun cavab verəcək. Rusiyanın ölkəmizə qarşı ata biləcəyi ən ciddi addım miqrantlarla bağlı ola bilər. Rusiyada uzun müddətdir yaşayan azərbaycanlılar Rusiya vətəndaşıdır. Qeyri-qanuni statusda olan miqrantların sayı o qədər də çox deyil. Onların geri qaytarılmasının ölkədə çox ciddi gərginliklərə səbəb olacağını düşünmürəm. Ümumiyyətlə, Rusiyanın prosesləri gərginləşdirməkdə maraqlı deyil. Ukrayna müharibəsi səbəbindən çətin günlərini yaşayır və dünyada təcrid olunmuş vəziyyətdədir. Yaxın, tərəfdaş sayılan ölkələri özünə qarşı çevirməsi məntiqli gəlmir”. Oqtay Qasımovun fikrincə, Azərbaycanla münasibətlərin pisləşməsi Rusiyaya müsbət heç nə vəd etmir: “Azərbaycanın xarici ticarət dövriyyəsinin bir hissəsi Rusiya ilədir. Ölkəmizin rus bazarından asılılığı yüksək deyil. Rusiyanın isə bir çox məsələlərdə Azərbaycana ciddi ehtiyacı var. Ona görə də Kreml vəziyyəti ayıq başla təhlil edib, uyğun addımlar atmalıdır”. Geri qayıt |