Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tağı İbrahimovun tikinti şirkəti çökür:
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tağı İbrahimovun tikinti şirkəti çökür:

Tağı İbrahimovun tikinti şirkəti çökür:


Dünən, 18:15
Tağı İbrahimovun tikinti şirkəti çökür:
Hazırda həbsdə olan Tağı İbrahimovun tikinti şirkətinin dövlətə vergi borcu yaranıb.

"DİA-AZ" Qaynarinfo.az-a istinadla xəbər verir ki, "Nehrəm" Mənzil-Tikinti Kooperativinin (MTK) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 10070.4 AZN borcu var.

Məlumata görə, Tağı İbrahimovun həbsindən sonra təsisçisi olduğu şirkətdə bütün işlər dayandırılıb. Xeyli sayda işçinin maaşları belə verilmir.

Qeyd edək ki, "Nehrəm" MTK-nın qanuni təmsilçisi hələ də 2020-ci ildə vəfat etmiş İbrahimov Həmid Kazım oğludur. O, Tağı İbrahimovun yaxın qohum olub.

Onu da qeyd edək ki, ötən ilin yanvar ayında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış və yanğının baş verdiyi "Bakı Ağac Emalı" ASC-nin də qanuni təmsilçisi Həmid İbrahimov olsa da, təsisçisi Tağı İbrahimovdur. Məhz bu səbəbdən elə həmin vaxt baş verən partlayışa görə "Bakı Ağac Emalı" ASC-nin sahibi Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayev həbs ediliblər.

Tağı İbrahimov ilkin olaraq Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Onu da bildirək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Geri qayıt