Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ...

Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ...


Bu gün, 16:58
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ...
“Rusiyadan Azərbaycan tərəfinə qarşı irəli sürülən iradların heç bir məntiqi əsası yoxdur”.

Bu sözləri Rusiya ilə Azərbaycan arasında gərginlik, Moskvanın Bakıya qarşı aqressiv çıxışları və bunun nəticələrini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Rusiyanın davranışlarının heç bir məntiqi əsası yoxdur:

“Rusiya ilə Azərbaycan arasında gərginlik var və bunun bir səbəbi vurulmuş təyyarədir. Azərbaycan təyyarəsi Rusiya silahı ilə vurulub, ancaq ruslar açıq şəkildə deyirlər ki, biz etməmişik. Azərbaycan Prezidenti üzünü Rusiyaya tutaraq dedi ki, faktlar təkzibedilməzdir, hər şey sübuta yetirir ki, təyyarə Qroznı üzərində “Pantsir S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bundan əlavə. təyyarənin yaxınlıqdakı hava limanlarına enməsinə də icazə verilməyib”.

Analitikin fikrincə, Rusiyada Azərbaycan Prezidentinin söylədiklərinə qarşı əks fikirlər səsləndirirlər:

“Bakının mərkəzində agentura mərkəzi var. O mərkəz adamları Rusiyaya agentlik üçün cəlb edir, Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər. Azərbaycanın da bunları sübut etmək üçün əlində kifayət qədər fakt var. O yerin Bakının mərkəzindən çıxarılmasını tələb edir. Tulada Azərbaycan mədəniyyət evi agentura şəbəkəsi deyil. Orada yeyirlər, içirlər, kefə baxırlar. Burada isə tamamilə fərqli, Azərbaycanın təhlükəsizliyi üçün qorxu var. Ona görə də Azərbaycan tərəfinə qarşı irəli sürülən iradların heç bir məntiqi əsası yoxdur. Yaxın vaxtlarda həmin agentura mərkəzinin köçürülməsi həyata keçiriləcək”.
Geri qayıt