Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişməBu gün, 09:09 |
Erməni politoloq Abraam Qasparyan yerli mediaya müsahibəsində İranın zəngin şəxsləri, siyasi elitası və dini təbəqəsinin Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu bildirib. Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana dəhlizin alternativ yoldan açılmasını təklif edə biləcəyini söyləyib. Belə ki, İranı narahat edən əsas məqamın dəhlizin Mehridən keçməklə açılması olduğu bildirilir. Lakin Paşinyanın buna alternativ kimi yolun Qarakilsədən keçməsi təklifini irəli sürə biləcəyi iddia olunur. Belə olan halda İranın dəhlizlə bağlı narahatlıqlarının aradan qalxması mümkündürmü? Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, İranın siyasi elitası və dini təbəqəsinin Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması təəccüblü deyil: “Ümumiyyətlə, həmin şəxslər öz sərvətlərini qara bazar vasitəsilə qeyri-qanuni fəaliyyət əsasında qazanıblar. Gəlirləri ilə bağlı heç bir hesabat verməyən bu adamlar, qanunsuz daşımalar üçün xüsusilə İran-Ermənistan sərhədindən istifadə edirlər. Zəngəzur dəhlizi açılarsa, orada Azərbaycanın nəzarət-yoxlanış həyata keçirəcək. Yəni nəticədə onlar əvvəlki kimi rahatlıqla qara bazardan sərvətlərini əldə edə bilməyəcəklər. Xüsusilə sanksiyalar altında olan məhsulların dövriyyəsini təmin etmək mümkün olmayacaq. Onları narahat edən əsas məsələ məhz budur”. “Bu gün sözügedən şəxslər dəhlizin açılmasına etiraz edir, hətta maliyyə imkanları ilə dövlət siyasətinə yön verməyə çalışırlar. Lakin bu etirazlar əsassızdır. Yəni gec-tez Zəngəzur dəhlizi açılacaq və onların da qanusuz fəaliyyəti bitəcək”, – politoloq bildirib. Geri qayıt |