Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıbBu gün, 15:39 |
Azərbaycanın sığorta sektorundan tanınan Azər Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən (DOST) də ayrılıb. Banker.az xəbər verir ki, A.Əliyev İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb. A.Əliyev 1977-ci ildə Moskva şəhərində anadan olub. Moskva Dövlət Hüquq Akademiyasını ( MDHA) hüquq ixtisası üzrə bitirib. 2000-ci ildə ABŞ-nın Kolorado Universitetində 6 aylıq ingilis dili təhsili alıb. 2001-2003-cü illərdə Fransanın Ruel-Melmezon şəhərində yerləşən Neft Universitetində magistr dərəcəsinə yiyələnib. Karyerasına 1998-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xarici İnvestisiyanın İdarə edilməsi üzrə Hüquq şöbəsində kiçik mütəxəssis vəzifəsi ilə başlayıb. Daha sonra “Teksako” Amerika Neft Şirkətinə neft nəqli üzrə layihə koordinatoru, 2003-2006-cı illərdə Fransanın “Total” Neft Şirkətinin Bakı nümayəndəliyində neftin nəqli sahəsində mühəndis vəzifələrində çalışıb. 2006-cı ildə “Qafqaz” Sığorta Şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-ci ilin əvvəlində “Qafqaz” Sığorta Şirkəti və “Atəşgah” Sığorta Şirkəti birləşdikdən sonra “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə keçib. 2010-2012-ci illərdə “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın sədri kimi fəaliyyət göstərib. 2015-2016-cı illərdə AR Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsində idarə rəisinin köməkçisi ( 1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə “İnter” Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri, “Azərbaycan Sığortaçılar Assosiyasiyası”nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib. 10 yanvar 2023-cü il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 14 fevral 2024-cü il tarixində İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Geri qayıt |