Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Köçəryanı qane edən Qarabağ təklifi
Köçəryanı qane edən Qarabağ təklifiBu gün, 09:04 |
ABŞ Dövlət Departamentinin keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 1990-cı illərin sonlarında aparılan danışıqlar haqda yaydığı məlumatlar ciddi müzakirələrə səbəb oldu. Departamentin mətbuata ötürdüyü məxfi sənədlərdə Ermənistanın sabiq prezidenti Robert Köçəryan və Azərbaycanın mərhum prezidenti Heydər Əliyev arasında aparılan danışıqların detallarının yer aldığı bildirilib. Sənədlərdə iddia olunur ki, liderlər münaqişənin ərazi mübadiləsi yolu ilə həllinə dair vasitəçilər olmadan birbaşa razılaşma əldə ediblər. Həmin sənədlərə əsasən Qarabağın müqabilində Ermənistanın Meğrini Azərbaycana verməyə müsbət yanaşdığı qeyd olunur. Ermənistanın sabiq baş naziri Aram Sərkisyanın daha əvvəl bu məsələ ilə bağlı eyni məzmunlu açıqlama verməsi diqqət çəkib. O, bir müddət əvvəl iddia edib ki, Köçəryan prezidentliyi dövründə yaxın adamlarını toplayaraq iclas keçirib və Qarabağla Meğrinin mübadiləsinə razılaşdığını bildirib. Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Meğri ərazisi ilə Qarabağın dəyişdirilməsi ideyası yeni deyil: “Bu təkliflə ilk dəfə SSRİ-də insan hüquqları müvəkkili, fizik və islahatçı Andrey Saxarov çıxış edib. Onun erməni diasporu ilə münasibətləri çox yaxşı idi. Lakin bu təklif daha çox Pol Qoblın adı ilə xatırlanır. Yəni o bu ideya ilə çıxış etdikdən sonra məsələ daha da məşhurlaşdı. Təklif qısaca Qarabağ əvəzinə Zəngəzurun bir hissəsinin Azərbaycana verilməsini özündə ehtiva edirdi. Lakin Azərbaycan hakimiyyətlərinin heç biri bu təklifi qəbul etməyib. Yəni nə Əbülfəz Elçibəy, nə də Heydər Əliyev sözügedən fikirlə razılaşdı. Çünki bu, heç də uğurlu bir variant deyildi. Buna baxmayaraq, Robert Köçəryan öz hakimiyyəti dövründə məsələni müzakirə predmeti halına gətirmək istəyirdi”. “ABŞ-ın bu danışıqlarla bağlı sənədlərin üzərindən məxfiliyi götürməsi təəccüblü deyil. Hər bir dövlət sirrinin saxlanma müddəti var. Adətən bu, 25 il təyin olunur. Vaşinqton müddət bitdiyi üçün bu sənədi açıqlayıb”, – politoloq bildirib. Geri qayıt |