Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu həkimlərin “bazarı bağlanır”
Bu həkimlərin “bazarı bağlanır”Dünən, 21:45 |
Bu gün Milli Məclisin plenar iclasında olduqca maraqlı bir təklif səsləndirilib. Belə ki, Reklam haqqında qanuna dəyişiklik edilməsi fikri irəli sürülüb. Deputat Musa Quliyev tibbi xidmətdə reklam məsələsinə xüsusi diqqətlə yanaşmağın lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır və bu Azərbaycanda da belə olmalıdır. Bu mümkündürmü? Globalinfo.az-a danışan həkim Zülfüqar Yusifov deyib ki, dünyanın müxtəlif ölkələrində bu məsələ fərqli şəkildə həllini tapıb: “Bir sıra ölkələrdə fərdi reklama icazə verilmir. Azərbaycanda da müəyyən tənzimləmələr var. Bununla bağlı dəfələrlə müzakirələr aparılıb. Həkimin reklamdan sui-istifadə etməsi, yaxud da gördüyü işləri şişirdərək təqdim etməsi, həddindən artıq qeyri-real nəticələri göstərməsi xoş deyil. Bu, insanları yanlış yönləndirə bilər. Digər tərəfdən isə tibdə də digər sahələrdə olduğu kimi müəyyən xidmətlər var. Bununla bağlı insanların məlumatlandırılması lazımdır. Ona görə də müxtəlif maarifləndirici, təbliğat, təşviqat xarakterli tədbirlərin aparılması mütləqdir. Sözügedən xidmətlər barədə düzgün məlumatların vətəndaşlara ötürülməsi onların işlərini asanlaşdırır. Beləliklə hansı problem üçün hansı həkimə müraciət edəcəklərinə qərar verə bilirlər. Dövlət xəstəxanalarında xidmətlər standart və hamıya əlçatandır. Lakin özəl xəstəxanalarda müxtəlif xidmətlər olur. Məsələn, bəzən görürük ki, hansısa xəstəxana ölkədə icra olunmayan prosedurla bağlı başqa bir ölkədən həkim dəvət edir, yeni cihazlar gətizdirir. Bunların reklamı başadüşüləndir. Hansısa həkimin özünü kobud şəkildə reklam etməsi, şişirtməsi, insanları yanlış yönləndirilməsinə xidmət edən reklamların dayandırılması tövsiyə olunandır”. Hüquqşünas Ramil Süleymanov isə qeyd edir ki, reklam olunmaq hüququ qanunvericiliklə məhdudlaşdırıla bilər: “Nələrin, hansı kriteriyalar daxilində reklamların olunmasını dövlət tənzimləyə bilər. Bu elə bir şərtlərlə edilməlidir ki, ədalətsizlik olmasın. Məsələn bir, iki nəfər mütəxəssisə görə, ümumiyyətlə peşənin reklamlarının qadağan olunması ayrı-seçkilik hesab oluna bilər. Bu isə Azərbaycanın Avropa İnsan Haqları üzrə üzərinə götürdüyü ayrı-seçkiliyin qadağan olunmasının bütün halları üzrə protokolun pozulması deməkdir. Eyni zamanda BMT-nin ayrı-seçkiliyin qadağan olunması haqqında konvensiyasına da zidd davranış olardı. Dövlət tərəfindən hansısa fəaliyyət sahəsinin konkret reklamı üzərində nəzarət ola bilər, normallaşdırıla bilər. Nəticədə həmin həkimin fəaliyyətində qüsur aşkarlanarsa, reklamın yayılmasının qarşısı alınmalıdır. Amma hansısa həkimin sahəsi üzrə müəyyən uğurları varsa, bunların reklam edilməsi cavabdeh şəxslər tərəfindən icazə verilməklə reallaşdırıla bilər. Sözügedən təklifin qərar səviyyəsində qəbul edilməsi ölkədə reklam bazarının çöküşünə səbəb olacaq”. Geri qayıt |