Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvan seçim qarşısındadır!
İrəvan seçim qarşısındadır!Dünən, 19:00 |
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, dərhal Avrasiya İqtisadi İttifaqını tərk etməlidir. Ermənistan həqiqətən seçim qarşısında qalarsa, hansı tərəfə doğru addım ata bilər? Siyasi şərhçi Elçin Xalidbəyli mövzu ilə bağlı TNS-ə deyib ki, ermənipərəst Zatulinin rəsmi İrəvana və Paşinyan hakimiyyətinə mesajı məntiqsizdir. O bildirib ki, hazırda Nikol Paşinyan hakimiyyətinin Zatulinə münasibəti çox pisdir: “Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Ondan öncə də Rusiyanın vəzifəli şəxsləri Ermənistanı təhdid edib. Ermənistan Avropa İttifaqına üzv olarsa, dərhal Avrasiya İqtisadi İttifaqını tərk etməlidir. İrəvan Qərbə inteqrasiya etmək kursunu seçib. Amma burada maraqlı məqam var. Paşinyan hakimiyyəti bilir ki, Ermənistan yaxın onilliklərdə Avropa İttifaqına üzv ola bilməyəcək. Ona görə də Qərbə yaxınlaşır, siyasi manipulyasiya edir. Bu, Rusiyanın əleyhinə olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Ermənistanın Avropa İttifaqına üzv olma şansı sıfra bərabərdir. Əslində Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmaq kimi bir niyyəti yoxdur. Rusiya siyasi dairələrinin Ermənistana yönəlik Avrasiya İqtisadi İttifaqı ilə bağlı təhdidləri isə siyasi təzyiq xarakteri daşıyır”. E. Xalidbəyli qeyd edib ki, rəsmi İrəvan Qərbə inteqrasiya siyasətini davam etdirərsə, onda Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər: “O sanksiyaların sırasında da Ermənistanın Avrasiya İqtisadi İttifaqından xaric olunması gündəmə gələ bilər. Bu, İrəvan üçün olduqca təsirli bir təhdid mexanizmidir. Əgər Avrasiya İqtisadi İttifaqını tərk edərsə, o zaman Ermənistanın ixrac və idxal sahəsi iflasa uğraya bilər. Bu da Ermənistan iqtisadiyyatının çökməsi deməkdir. Yəni, Ermənistanın Avrasiya İqtisadi İttifaqından özünün çıxması ehtimalı da sıfra bərabərdir. Rusiya ilə qarşılıqlı münasibətlər kəskinləşər, geriyə dönməz xarakter alarsa, o zaman Kreml Ermənistanı cəzalandırmaq üçün onları Avrasiya İttifaqından kənarlaşdıra bilər”. Geri qayıt |