Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq

SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq


Bu gün, 09:32
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq
Bir ildə Almaniyada çalışan azərbaycanlı həkim sayında 258 nəfər artım olub. Bu barədə Almaniyanın Həkimlər Palatasının rəsmi səhifəsində məlumat yayılıb.
Tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov isə Sputnik Azərbaycan-a bildirib ki, 2023-cü ildə 1617 azərbaycanlı həkim approbasiya, yəni diplom təsdiqi imtahanından keçərək Almaniyada həkim kimi işləmək hüququ qazanıb.
"Qeyd etmək lazımdır ki, işləmə icazəsi ilə hazırlaşma mərhələsində olanlar və ya Almaniya vətəndaşı olaraq çalışan həkimlər bu siyahıya daxil edilməyib. 2022 ci il sonunda bu rəqəm 1359 nəfər idi. Dünyanın hər yerində universitetə qəbul imtahanlarında ən yüksək giriş balı tibb təhsilindədir. Yəni bütün ölkələrdə ən çalışqan və zəkilər həkim olur. Bu həm də ölkədən "beyin köçü"nə səbəb olacaq", deyə Üzeyir Rəhimov bildirib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan Tibb Universitetində oğlan tələbəkərin sayı ciddi şəkildə azalıb: "Çünki həkim olmaq istəyənlərin əksəriyyəti Türkiyə Respublikasına və s. gedirlər. Burda oxuyanlar Azərbaycanın ən zəki, amma maddi durumunun aşağı olmasına görə xaricə gedə bilməyənlərdir. Yenə də bu qalan hissənin böyük qismi 6 illik tibb təhsilindən sonra qardaş Türkiyəyə və digər ölkələrə üz tuturlar. Ona görə də rezidentura zamanı yetərincə həkim olmur. Rezidenturanı burada bitirmək məcburiyyətində qalanların bir qismi də bütün vasitələrə əl ataraq ölkədən çıxırlar". Kardioloq qeyd edib ki, həkimlik peşəsinin çətinliyi, bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülmək və s. kimi məsələlər də gələcəkdə həkimlərin ölkədən kütləvi köçünə səbəb olacaq.
Azərbaycan Həkimlər İctimai Birliyinin sədr müavini, radioloq həkim Aydın Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlərin Avropaya üz tutmasının əsas səbəbi əmək haqqının yüksək olmasıdır. Onun sözlərinə görə, hazırda tibb universitetinin bakalavr pilləsini başa vuranların çoxu rezidentura təhsili üçün xarici ölkələrə, xüsusilə də Almaniyaya üz tuturlar. Bu isə, Almaniyada işləyən həkimlərin statistikasının ili-ildən artmasına gətirib çıxardır.
A.Əliyev bildirib ki, vaxtında tədbirlər görülməzsə, gələcəkdə ölkəmizdə həkim çatışmazlığının ciddi problemə çevriləcək: ". Azərbaycandan getməsinin səbəbləri araşdırılıb həll edilməlidir. Əks halda heç bir inzibati tədbirlə həkimləri məcbur Azərbaycanda saxlamaq olmayacaq.
Qeyd edək ki, son illər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Almaniyada çalışan həkimlərin vətənə qaytarılması istiqamətində tədbirlərə başlayıb.

Geri qayıt