Azərbaycan Ermənistanla sülh üçün yeni şərtlər irəli sürməyib .....                     Ermənistanın sülh sazişi üzərində oyunu: Bakı tələsmir .....                     “Onlar yüz minlərlə insanın qanı bahasına böyük pullar qazanıblar” .....                     Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir .....                     Balakəndə şəhidin xatirə muzeyini kürəkən yandırıbmış .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub .....                     Bakı-Ankara-İrəvan üçbucağında sensasion gəlişmə .....                     Rusiyada benzin vurmaq, banka pul köçürmək olmur .....                     Hicab geyinməyən iranlı fəala 178 şallaq və 18 ay həbs cəzası .....                     Santuşa “bir quş...” .....                     ABŞ məhkəməsi "Azadlıq Radiosu"nun bağlanmasını blokladı: .....                     “Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək .....                     “Küçədən keçən aparıcı olur, .....                     “Özsüt” yemək masasında tarakan olması ilə bağlı görüntüyə münasibət bildirdi: .....                     Cənub-şərq küləyi əsəcək .....                     "Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib .....                     “Ukraynalılar yalın əllə də vuruşacaqlar” .....                     Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi .....                     Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... .....                     Fransa Ermənistanı məhv edir .....                     Yevlaxın icra başçısının atası vətəndaşlara BELƏ DİVAN TUTUR .....                     Biz Türkiyənin daxili işlərinə QARIŞMALIYIQMI? .....                     Ərdoğanın müxalifətlə qarşıdurmasına səbəb nədir? .....                     Pandemiya vaxtı görün, camaata PEYVƏND ADI ilə NƏ VURUBLAR? .....                     "Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb" .....                     Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı... .....                     Mövqelərimizin atəşə tutulmasının görüntüləri .....                     Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ .....                     Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini qəbul edib .....                     Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü .....                     O, hakimiyyətdə qaldığı müddətdə sülh olmayacaq .....                     ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq .....                     Trampın diqqətini İrəvana yönəltmək üçün... .....                     Tramp ərəb şeyxlərindən daha 2 trilyon «qopardı» .....                     Niyaməddin Musayev Kanadada yaşayan övladından danışdı .....                     ABŞ-dan Ankara və Bakı üçün mesaj .....                     "Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib" .....                     Qəbələ RLS-ə yeni direktor təyin edilib .....                     Xatirə hamamdan fotolarını paylaşdı .....                     Camaata TEXNİKİ SU içirdirlər... .....                 

Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Tarix: 15-02-2025, 10:09 | Çap et
Bakının qoşulduğu dəhliz bloklana bilər?
“Azərbaycanın da iştirakçısı olduğu ”Şimal-Cənub" nəqliyyat dəhlizində İranın Çabahar limanı əhəmiyyətli yerdə dayanır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır".

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır: “Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-ın da maraqlarına cavab verirdi. Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana humanitar yardımın daşınması maraqlandırmır. Əgər Tramp administrasiyası bu limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu Hindistanın limanın işlədilməsiylə bağlı strateji və maliyyə maraqlarına zərbə olacaq.

Bu vəziyyətin “Şimal-Cənub” nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq. Ümumiyyətlə, Tramp administrasiyası İrana qarşı sanksiyaları sərtləşərsə bununla digər dövlətlər hesablaşmalı olacaq. Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücü ilə işlədilməsi üçün Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirməlidir. Ancaq ABŞ sanksiyalarına görə müxtəlif dövlətlər İran üzərindən yük daşımalar həyata keçirməyəcəkləri halda dəmir yolunun əhəmiyyəti azalacaq. Təsadüfi deyil ki, illərdir Rəşt-Astara dəmir yolu barədə danışılsa da, tikinti hələ başlamayıb".

Qeyd edək ki, 2024-cü il mayın 13-də Hindistan İranla Çabahar limanının idarə edilməsinə dair müqavilə imzalayıb. Müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik olaraq yenilənəcək. Hindistan mətbuatının yazdığına görə, imzalanmış sənəd İranla əməkdaşlığın inkişafı istiqamətində mühüm geosiyasi addım idi və bunun ciddi regional nəticələri olacaqdı. Hindistanın Əfqanıstan, Mərkəzi Asiya və daha böyük Avrasiya regionu ilə əsas əlaqəsi olan limanın Pakistanın Qvadar limanı, eləcə də Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə rəqabət aparacağı gözlənilirdi.

Hindistan və İran hələ 2003-cü ildə limanın birgə inkişafı ilə bağlı razılığa gəliblər, lakin sonradan Tehrana qarşı beynəlxalq sanksiyalara görə layihə dayandırılıb. 2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Yeni Dehlinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı. 2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb. 2024-cü ildə liman infrastrukturuna yatırımların ikinci mərhələsi başlayıb, Hindistan onu icarəyə götürüb. İranla saziş imzalandıqdan dərhal sonra ABŞ administrasiyası Hindistana sanksiyalarla bağlı xəbərdarlıq edib, lakin bu xəbərdarlıq real addımlarla nəticələnməyib.

Fevralın əvvəlində ABŞ prezidenti Donald Trampın İrana qarşı sərt təzyiq siyasətini bərpa edən əmr imzalayıb. Əmrə əsasən İran hakimiyyətinin maliyyə əldə etməsinə imkan verən bütün layihələr sanksiyalara məruz qoyulacaq. O cümlədən Çabahar limanı ilə bağlı tətbiq olunan istisna aradan qaldırılacaq. Bu isə Hindistan tərəfində Çabahar limanı ilə bağlı böyük narahatlıq yaradıb.

Hindistanın ingilisdilli “Business Standard” qəzeti qeyd edir ki, Trampın Çabahar limanına tətbiq etdiyi sanksiyaların Yaxın Şərq və Mərkəzi Asiya regionunda Yeni Dehli üçün böyük strateji əhəmiyyət kəsb edən Hindistan və İran arasında ticarətə təsir göstərə biləcəyini qeyd edir: “Bu, Yeni Dehlinin Mərkəzi Asiya ilə əlaqələri genişləndirmək planlarına təsir edə bilər. Hindistan artıq 2018-ci ilin noyabrında, Trampın ilk dövründə Çabahar üçün sanksiyalardan istisna əldə etmişdi. Bu strateji liman Hindistanın Pakistandan yan keçərək Əfqanıstana birbaşa çıxışını təmin edir. Keçən il Hindistan və İran 10 illik müqavilə bağladılar və ona əsasən, Hindistanın mərkəzi ofisi Mumbayda yerləşən dövlətə məxsus Hindistan korporasiyası olan India Ports Global Limited-ə Çabahar terminalını idarə etmək və istismar etmək hüququ verilib”.

İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı direktoru Əli-Əkbər Səfai keçən ilin sonlarında Hindistanın Çabahar layihəsinin 120 milyon dollarlıq birinci fazasını idarə etdiyini və 85 milyon dolların artıq köçürüldüyünü bildirib. O deyib ki, limana tikinti texnikasının tədarükü üçün müqavilələr imzalanır.

Nəşr qeyd edir ki, Trampın ilk hakimiyyəti dövründə tətbiq etdiyi sanksiyalar İranla qlobal ticarətə, o cümlədən Hindistana neft idxalına əhəmiyyətli dərəcədə təsir edib: “Sanksiyalardan əvvəl Hindistan hər il İrandan təxminən 13 milyard dollar dəyərində mal alırdı ki, bunun da böyük hissəsi neft idi. Bununla belə, 2019-cu ildən bəri ikitərəfli ticarət kəskin şəkildə azalıb, idxal isə 1 milyard dollardan aşağı düşüb. 2024-cü ilin aprel ayından oktyabr ayına qədər Hindistan İrandan cəmi 216 milyon dollar dəyərində mal idxal edib ki, bu da ölkənin ABŞ-ın sanksiya təzyiq siyasətinə sadiqliyini nümayiş etdirir”.

Hindistanın “Logistics Insider” nəşri qeyd edir ki, Çabahara sanksiyaların tətbiqi təkcə maliyyə köçürmələrinə və limanla bağlı logistika əməliyyatlarına mane olmayacaq, həm də Hindistanın liman infrastrukturuna sərmayə qoymağa davam etmək imkanlarını məhdudlaşdıracaq: “Bundan əlavə, sanksiyalar sığorta, gəmiçilik və nəqliyyat şirkətləri üçün maneələr yaradacaq ki, bu da Çabaharda layihələrin həyata keçirilməsini çətinləşdirəcək və həmçinin Hindistan ixracatçılarının xərclərini artıracaq”.

Hindistan nəşri Yeni Dehli üçün başqa bir problem kimi Çinin İranda artan iqtisadi və ticarət təsirlərini qeyd edir: “Çin və İran 25 illik hərtərəfli əməkdaşlıq müqaviləsi imzalayıblar ki, Çin şirkətləri İranın infrastruktur layihələrinə milyardlarla sərmayə qoyacaqlar. Əgər ABŞ-ın sanksiyaları Hindistanı Çabahar layihələrindən geri çəkilməyə məcbur edərsə, bu, limanda Çinin mövcudluğunun genişlənməsinə şərait yaradacaq və bu da öz növbəsində ”Bir Kəmər, bir yol" Təşəbbüsünün regionda təsirini gücləndirəcək".

Hindistan tərəfi baş nazir Narendra Modinin Trampla görüşünə çox ümid bağlayırdı. Bu görüş zamanı Çabahar üçün sanksiyalardan istisnanın davamına nail olunması planlaşdırılırdı. Lakin görüşdən sonra Tramp danışıqlar zamanı tamam fərqli bir ticarət dəhlizi barədə razılaşma əldə olunduğunu açıqlayıb: “Nəhayət, biz bütün tarixin ən böyük ticarət yollarından birinin qurulmasına kömək etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. O, Hindistandan İsrailə, İtaliyaya və oradan ABŞ-a qədər uzanacaq və tərəfdaşlarımızı limanlar, dəmir yolları və dənizaltı kabellərlə birləşdirəcək. Bu, böyük bir inkişafdır. Bu, çox pul tələb edəcək və biz bir qədər xərcləmişik, lakin biz qabaqda qalmaq və lider olmağa davam etmək üçün daha çox xərcləyəcəyik”.

Qeyd edək ki, Trampın haqqında bəhs etdiyi yeni ticarət yolu 2023-cü ilin sentyabrında G20 liderlərinin Yeni Dehlidə keçirilən zirvə toplantısında əsası qoyulan Hindistan-Afrika-Avropanı birləşdirən iqtisadi, texnjoloji və enerji dəhlizidir - İndia - Middle East - Europe Economic Corridor / İMEC). Onun yaradılmasını nəzərdə tutan saizşi Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəhbərləri imzalayıblar. Layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur. Bildirilir ki, onun icrası nəticəsində malların Hindistandan Avropaya indikindən 40 faiz daha tez ucuz çatdırılması mümkün olacaq. Dəhliz boyunca enerji infrastrukturunun inkişaf etdirilməsi, yaşıl hidrogen istehsalının və bütün tərəfdaşlara nəqlinin təmin edilməsi, regionu birləşdirəcək yeni sualtı kabellə telekommunikasiyanı möhkəmləndirmək nəzərdə tutulur. Səudiyyə Ərəbistanı dəhlizinn inkişafına 20 milyard dollar investisiya yatıracağını açıqlayıb.

Saziş imzalansa da, ötən müddət ərzində onun icrası istiqamətində real addımlar atılmayıb. Belə görünür ki, Tramp bu sahədə ciddi irəliləyişə nail olmaq niyyətindədir. Onun bu mövqeyə gəlməsində İsrailin baş naziri Benyamin Netanyahunun ciddi rolunun olduğu ehtimalı böyükdür. Çünki İMEC İsraillə ərəb dövlətlərinin vahid layihədə birləşməsini nəzərdə tutur. İndiki məqamda bu, İsrail üçün çox vacibdir.

ABŞ-ın yeni administrasiyasının İrana qarşı sərt siyasətə qayıdışı yalnız Çabahar limanı deyil, bütövlükdə Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin icrasına ciddi problem yarada bilər. Bu, xüsusilə Azərbaycan üzərindən keçən Qərb, Qazaxıstan və Türkmənistan üzərindən keçən Şərq qollarının inkişafının qarşısını ala bilər. Rusiya sanksiyaları nəzərə almaya bilər, lakin nə Azərbaycanın, nə də Qazaxıstanın bunu edəcəyi real görünmür. Çünki hər iki ölkənin xarici ticarətində, xüsusilə enerji ixracında Qərbin payı çox yüksəkdir. Lakin hər iki ölkənin daha mühüm bir nəqliyyat dəhlizi olan Orta Dəhliz üzrə işləri yüksək sürətlə davam edir. Hansı ki, layihə həm ABŞ, həm də Avropa İttifaqının tam dəstəyinə malikdir.

Onu da bildirək ki, Hindistanın İranla əməkdaşlığı ABŞ-ın təzyiqi ilə yenidən dondurması Ermənistan üçün daha böyük zərər deməkdir. Belə ki, İrəvan həm Çabahar limanının idarəçiliyində yer almağa, həm də Şimal-Cənub dəhlizi ilə daşınacaq yüklərin bir hissəsini öz ərazisindən keçməsinə çalışırdı. Bu məqsədlə külli miqdarda xarici kredit hesabına İran sərhədindən Gürcüstan sərhədinə qədər uzanan magistral avtomobil yolunun çəkilişinə başlanılıb. Tramp administrasiyasının qərarları Ermənistanı bölgədə həyata keçirilən tək bir layihədə iştirak arzusundan da məhrum edəcək...

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ermənistanla sülh üçün yeni şərtlər irəli sürməyib - GƏLİŞMƏ
Bu gün, 15:04
Ermənistanın sülh sazişi üzərində oyunu: Bakı tələsmir - İNCƏLƏMƏ
Bu gün, 15:00
“Onlar yüz minlərlə insanın qanı bahasına böyük pullar qazanıblar”
Bu gün, 14:58
Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir - ŞƏRH
Bu gün, 14:46
Balakəndə şəhidin xatirə muzeyini kürəkən yandırıbmış - Yanğın ilk olaraq...
Bu gün, 13:44
"TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 13:40
Bakı-Ankara-İrəvan üçbucağında sensasion gəlişmə – Azərbaycan üçün arzuolunmaz ssenari
Bu gün, 13:27
Rusiyada benzin vurmaq, banka pul köçürmək olmur - Hücum
Bu gün, 13:24
Hicab geyinməyən iranlı fəala 178 şallaq və 18 ay həbs cəzası
Bu gün, 13:01
Santuşa “bir quş...”
Bu gün, 12:58
ABŞ məhkəməsi "Azadlıq Radiosu"nun bağlanmasını blokladı: - “Hətta prezident əmr etsə belə...”
Bu gün, 12:53
“Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək
Bu gün, 12:48
“Küçədən keçən aparıcı olur, amma bizim dövrümüzdə hər şey tamam başqa idi”
Bu gün, 12:44
“Özsüt” yemək masasında tarakan olması ilə bağlı görüntüyə münasibət bildirdi: - ““Gənclik Mall”ın içində bəzən olur”
Bu gün, 12:42
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:38
"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib - ƏMR
Bu gün, 12:34
“Ukraynalılar yalın əllə də vuruşacaqlar” - Retkliff
Bu gün, 12:33
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi
Bu gün, 12:29
Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... - İLGİNC...
Bu gün, 12:18
Fransa Ermənistanı məhv edir - Bunun başqa ADI YOXDUR...
Bu gün, 12:12
Yevlaxın icra başçısının atası vətəndaşlara BELƏ DİVAN TUTUR - NARAZILIQ VAR...
Bu gün, 12:10
Biz Türkiyənin daxili işlərinə QARIŞMALIYIQMI? - və yaxud Türkiyə NƏDƏN CANDIR?!
Bu gün, 12:04
Ərdoğanın müxalifətlə qarşıdurmasına səbəb nədir? - “Middle East Eye”
Bu gün, 12:00
Pandemiya vaxtı görün, camaata PEYVƏND ADI ilə NƏ VURUBLAR? - ŞOK
Bu gün, 11:59
"Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb" - AÇIQLAMA
Bu gün, 11:56
Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı... – Bu toponimlərdən imtina etmək gərək
Bu gün, 11:53
Mövqelərimizin atəşə tutulmasının görüntüləri - VİDEO
Bu gün, 11:28
Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ - "Onun bu addımı təhlükəlidir..."
Bu gün, 11:24
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini qəbul edib
Bu gün, 11:14
Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü
Bu gün, 11:12
O, hakimiyyətdə qaldığı müddətdə sülh olmayacaq - ABŞ polkovniki kimi deyir?
Bu gün, 11:10
ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq - KİV
Bu gün, 10:47
Trampın diqqətini İrəvana yönəltmək üçün... - Arakelyan
Bu gün, 10:44
Tramp ərəb şeyxlərindən daha 2 trilyon «qopardı» - «İnvestisiya alveri» davam edir
Bu gün, 10:39
Niyaməddin Musayev Kanadada yaşayan övladından danışdı
Bu gün, 10:37
ABŞ-dan Ankara və Bakı üçün mesaj - "Ukrayna və Cənubi Qafqazda daha fəal olun"
Bu gün, 10:34
"Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib" - deputat
Bu gün, 10:24
Qəbələ RLS-ə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:20
Xatirə hamamdan fotolarını paylaşdı - FOTO
Bu gün, 10:08
Camaata TEXNİKİ SU içirdirlər... - "Dadına baxdım, içə bilmədim o suyu..."
Bu gün, 10:05
"Azərbaycan millisi ilə oyunda topa ilk toxunuşum qolla nəticələndi" - Nikita Demçenko
Bu gün, 09:54
İranlı nazirdən Paşinyana “diplomatik şillə”: Tehran dəstəkləmir - VİDEO
Bu gün, 09:52
Azərbaycanlı kişiyə ərə getdi, nikahın saxta olduğu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Binəqədidə bu məktəbin bütün ətrafını SATIBLAR... - Hətta stadionunu belə...
Bu gün, 09:24
Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”? - GƏLİŞMƏ
Bu gün, 09:10
İshaq Darın Azərbaycanla bağlı tapşırığının səbəbi - AKTUAL
Bu gün, 09:03
İrəvanın mərkəzindən "yerazlara salam" - Türk gəncin yeni videosu Ermənistanı dəli etdi
Bu gün, 08:59
ÖZSÜT şəbəkəsi rəsmən iyrəndirir... - FOTOFAKT
Bu gün, 08:54
Azərbaycan “İbrahim Sazişləri”nə qoşulur? - AKTUAL
Bu gün, 07:39
İmamoğlu effekti: Türkiyə iqtisadiyyatını nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru