Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Əsas Səhifə > Güney Press > Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı


Dünən, 12:39
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş "Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

"DİA-AZ"ın Qafqazinfo-ya istinadən məlumatınaa görə, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa budaxılıb.

Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.

Geri qayıt