Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədəBu gün, 12:52 |
![]() Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qərar verib. “Report”un məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Qərara əsasən, vəsatət təmin edilməyib. Qeyd edək ki, o, bu ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub. Geri qayıt |