Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər
Əsas Səhifə > Güney Press > Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər

Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər


Bu gün, 11:58
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər
Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın yanvarda andiçmə mərasimindən sonra ölkəyə ilk səfəri üçün “McDonald's” mobil yük maşını gətirilib.

“Cebheinfo.az” bu barədə “Fox News Digital”-a istinadən xəbər verir.

Ağ Ev sözçüsü Trampın səfəri zamanı “McDonald's” yemək maşınının krallığın paytaxtı Ər-Riyadda olduğunu təsdiqləyib. Yük maşınının görüntüləri və videoları sosial şəbəkələrdə sürətlə yayılıb.

Trampın “McDonalds”-a sevgisi çoxdan məlumdur. 2019-cu ildə Prezident Ağ Evdə milli çempion Klemson Tigersi qəbul edərkən onlara fast-food bufeti təqdim edib. Kürəkəni Jared Kushnerin sözlərinə görə, o, COVID-19 diaqnozu qoyulduqdan və 2020-ci ildə sağaldıqdan sonra “McDonald's”-a tez-tez müraciət edir. Keçmiş cangüdəninin dediyinə görə, Tramp 2016-cı il seçki kampaniyası zamanı səhər yeməyi üçün Makmuffinsə üstünlük verib.

Trampın “fast-food” şəbəkəsinə olan sevgisi 2024-cü il prezidentlik kampaniyası zamanı “McDonald's” önlüyü taxaraq Pensilvaniyadakı bir restoranda işləyərkən daha çox üzə çıxıb.

Geri qayıt