Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Generalı nazir əvəzlədi
Generalı nazir əvəzlədiDünən, 17:23 |
![]() “Ötən gün Prezidentin fərmanı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında mühüm struktur islahatı aparılıb. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi və idarəedici qurumu dəyişib. Əgər əvvəllər bu komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəhbəri sədrlik edirdisə, cari fəaliyyəti də bu qurum tərəfindən koordinasiya olunurdusa, indi həm sədrlik, həm də icraedici struktur Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə keçib”. Musavat.com xəbər verir ki, bu fikirləri öz sosial media hesabında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. O qeyd edib ki, bu Komissiya 7 il öncə yaradılıb: “Komissiya ölkənin informasiya təhlükəsizliyi sektorunda fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təşkil edir. İndiyədək bu Komissiyanın sədri XRİTDX-nin rəisi, general İlqar Musayev olub. Bundan sonra isə Komissiyaya nazir Rəşad Nəbiyev sədrlik edəcək. Eyni zamanda yeni fərmanla Komissiyanın tərkibində də dəyişiklər gözə dəyir. Komissiya üzvlüyündən çıxarılanlar və yeni əlavə olunanlar var. RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, elm və təhsil nazirinin müavini də Komissiyanın tərkibində olacaq. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru Komissiya üzvlüyündən çıxarılıb. Görünən odur ki, ali hakimiyyət bu Komissiyanın daha çox mülkiləşdirmə xəttini əsas götürüb. Komissiya inzibati-hərbi profildən mülki-texnoloji idarəetməyə keçib. Bu, xeyli düşündürücüdür”. Osman Gündüz hesab edir ki, yeni tərkibdə generalın nazirlə əvəz edilməsi, idarəetmənin inzibati qurumdan mülki quruma keçməsi, Elm və Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti kimi qurumların aktiv iştirakı da sektorun koordinasiyasında daha çox mülkiləşmənin göstəricisi hesab oluna bilər: “Son zamanlar, xüsusən son 2-3 ildə dövlət sektorunda informasiya təhlükəsizliyi və kiber sahədə xeyli əhəmiyyətli irəliləyiş əldə olunmuşdu. Burada Komissiyanın da rolu çox böyük olub. Ölkədə yeni kritik informasiya infrastrukturu formalaşıb. DTX və XRİTDX bu ekosistemdə ciddi dönüş yaratmışdılar. Beynəlxalq reytinqlərdə də bu irəliləyiş açıq-aşkar hiss olunurdu. Belə bir anda hökumətin sektorun əsas koordinasiyadaca Komissiyasında ciddi dəyişiklik etməsi xeyli düşündürücüdür. Əlbəttə, nəzərə alsaq ki, hazırda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində əsas problemlər qeyri-dövlət sektorundadır, atılan addımlar müəyyən dərəcədə məntiqli görünür. Düşünmək olar ki, hökumət qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi və kiber ekosistemdə daha ciddi dönüş yaratmaq istəyir. RİNN tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti son zamanlar bir qədər aktivləşsə də, hələlik bu sahədə öz sözünü deyə bilməyib. Yeni yanaşmalar isə bu istiqamətdə ciddi irəliləyişlərin ola biləcəyini proqnozlaşdırmağa əsas verir. Düşünmək olar ki, hökumət bu sektorda “paqonlu” idarəetmədən mülki idarəetməyə keçiddə həm də beynəlxalq praktikanı nəzərə alıb. Son illərdə bu xətt DTX-nin də fəaliyyətində açıq-aşkar görünürdü. DTX kritik informasiya infrastrukturu quruculuğunda əsas istiqaməti və üstünlüyü “paqonsuz” yanaşmaya vermişdi. Özəllər üçün də əlçatan olan Milli Kibertəhlükəsizlik Mərkəzi yaratmışdı. Beynəlxalq təcrübədə də bu ekosistemdə, yəni informasiya təhlükəsizliyi və kiber sahədə idarəetmədə mülki xəttə üstünlük verilir, nəinki “paqonlu” strukturlara. Güman etmək olar ki, hökumət də bu tendensiyaları nəzərə alıb. Ümid edirəm, informasiya təhlükəsizliyi kimi vacib bir sektorda çalışan qurumların koordinasiyasına cavabdeh olan Komissiya yeni tərkibdə qarşıya qoyulan vəzifələri uğurla həyata keçirə biləcək. Xatırladıram ki, uzun illər Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən, sektorda “Generallar komissiyası” adlandırılan Radiotezliklər üzrə Dövlət Komissiyası da 4 il öncə Prezidentin fərmanı ilə yenidən formalaşıb və nazir Rəşad Nəbiyev həmin komissiyanın sədri təyin edilib”. Geri qayıt |