Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edibBu gün, 04:43 |
![]() ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidləri Danimarkanı getdikcə daha çox narahat edir. "Report" xəbər verir ki, bunu Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Politico"ya müsahibəsində söyləyib. O vurğulayıb ki, Qrenlandiya Danimarkanın bir hissəsidir və qrenlandiyalılar amerikalı olmaq istəmirlər: "Amerikalı prezidentin müttəfiqi təhdid etməsini utanmazlıq hesab edirəm. Danimarka Birləşmiş Ştatların ən yaxın və ən etibarlı müttəfiqlərindən biridir", - Rasmussen deyib. Onun sözlərinə görə, son onilliklərdə ABŞ orada baza yaratmaq hüququna malik olsa da, Qrenlandiyada hərbi mövcudluğunu yalnız azaldıb. "Məsələ ondadır ki, Qrenlandiya NATO-nun bir hissəsidir. Əgər Birləşmiş Ştatlar onun müdafiəsindən narazıdırsa, biz müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə görə minnətdar olardıq", - keçmiş baş katib əlavə edib. Geri qayıt |