Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Kişi efirdə belə davranmamalıdır"
"Kişi efirdə belə davranmamalıdır"Dünən, 18:02 |
![]() "Televiziyada "ləçər kişi" obrazı yaranıb. Çıxırlar efirə ağzıyamaq, çirkin, çamurlu danışırlar. Bizim belə bir ifadəmiz var: arvad kimi özünü aparmaq. İndiki dövrdə bu normal kəlmə deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Künc-bucaq" layihəsinə açıqlamasında deyib. Müğənni verilişlərdəki vəziyyətdən gileylənib: “Biz arvada layiq görmədiyimiz hərəkətləri şəxsiyyət vəsiqəsində "kişi" yazılan insanların simasında görürük. Kişi sambalını qorumalıdır. Gəlib həyasız kimi davranmamalı, qışqırmamalıdır. Onlar cəmiyyətin bir hissələridir, kaş ki, olmayaydılar. "Kişi" sözü insanın mərdliyini, etibarlılığını nəzərdə tutur. Hətta xanımlar var ki, onlar üçün deyirik "kişi kimi adamdır". Bu, cinsiyyətə adi olan konkret ifadə deyil. Bu, xasiyyətə verilən qiymətdir. Şəxsiyyət vəsiqəsinə görə, kişi olanlar bacarmır, amma qadınlar kişilərdən artığını edir. Televiziyalar cəmiyyətin güzgüsüdür. Cəmiyyətin ağıllısı da var, səfehi də". Geri qayıt |