Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır
Əsas Səhifə > Güney Press > İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır

İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır


Dünən, 11:49
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər. Ekspertlərə görə, Prezident İlham Əliyevin Moskvada keçiriləcək 9 May Qələbə paradına qatılmamasının səbəbləri haqda çox danışmaq olar. Elə son 5-6 ayda Azərbaycana münasibətdə ard-arda baş verən xoşagəlməz, neqativ hadisələr - AZAL-ın təyyarəsinin vurulmasından və bu cinayətin günahkarlarının cəzalandırılmamasından tutmuş, "Rus Evi" ilə bağlı yaşanan gərginliyə, Rusiyadan Azərbaycana qarşı kiberhücumların edilməsinə və eləcə də deputat Azər Badamovun Moskva hava limanında saxlanılıb geri qaytarılmasına qədər, bir çox məsələlər tam əsas verirdi ki, Azərbaycan lideri bu paradda iştirakdan imtina etsin. Ancaq rəsmi səbəbi də gözardı etməməliyik. Yuri Uşakov bildirib ki, İlham Əliyev Ümummilli Lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək. Bu da kifayət qədər əsaslı və prioritet səbəbdir. Lakin istər rəsmi, istərsə də qeyri-rəsmi səbəblərin nə olmasından asılı olmayaraq, Azərbaycan Prezidentinin bu addımı həqiqətən də təqdirəlayiq və düzgün hesablanmış addımdır.

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin 9 mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı gözlənilən idi. Ekspertin fikrincə, səfərin təxirə salınmasına təsir edən əsas səbəblər bunlardır:

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də hadisə ilə bağlı əməli istintaq aparmayıb. Qəzanın səbəbləri aydınlaşdırılmayıb və məsul şəxslər müəyyən edilərək cəzalandırılmayıb. Son zamanlar Azərbaycanın bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumların mənbəyinin Rusiya olduğu sübuta yetirilib. Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə səbəbsiz yerə qadağa qoyulub, o, Moskva aeroportunda saxlanılaraq ölkədən deportasiya edilib. Rusiya tərəfi isə bu insidentlə bağlı hər hansı əsaslandırılmış açıqlama verməyib. Bütün bu amillər nəticəsində Prezident İlham Əliyevin Moskvaya səfəri təxirə salınıb. Bu qərar bir daha təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müşahidə edilən nisbətən sakit fon və təmkinli ritorikaya baxmayaraq, əsaslı problemlər hələ də qalmaqdadır".

Analitikə görə, xüsusilə rəsmi Bakının Moskva ilə bağlı inamı son aylarda ciddi şəkildə sarsılıb:
"İkitərəfli səfərlərin azlığı, media və rəsmi ritorikada ehtiyatlı yanaşma nümayiş etdirilsə də, pərdəarxasında ciddi narazılıq və inamsızlıq hökm sürür. Deputat Azər Badamovun Moskvada saxlanılıb deportasiya edilməsi hadisəsi də Kremlin münasibətləri normallaşdırmaq üçün Bakı tərəfindən qaldırılan narahatlıqları aradan qaldırmağa maraqlı olmadığını göstərdi. Rəsmi Moskvanın "hadisələri unudaq və keçmişdə qoyaq" yanaşması qəbuledilməzdir. Bu cür laqeydlik və məsuliyyətsizlik Azərbaycanın inamını daha da zəiflədir. Prezident İlham Əliyevin Qələbə paradına qatılmaması isə bu inamsızlığın nə qədər dərinə işlədiyini nümayiş etdirir. İstisna deyil ki, gələcəkdə Azərbaycan-Rusiya münasibətləri zahirən normallaşsa da, Bakının Moskvaya olan inamsızlığı qalacaq. Bu, indiki qədər açıq şəkildə ifadə olunmasa da, diplomatik davranışlarda özünü büruzə verəcək".

Siyasi şərhçi Azər Niftiyev də Sherg.az-a deyib ki, müzəffər Ali Baş Komandan bu dəfə də strateji və qətiyyətli qərar qəbul edib. Onun sözlərinə görə, AZAL-a məxsus olan sərnişin təyyarəsinin məlum qəzaya uğramasından 5 ay vaxt ötür:

"Rəsmi Rusiya isə əməliyyat-istintaq tədbirləri aparmaqdan boyun qaçırır. Hadisənin günahkarları tapılıb hüquqi məsuliyyətə cəlb edilmir. Bu isə heç şübhəsiz, Rusiyadakı rəsmi dairələrin bu cinayəti ört-basdır etmək niyyətindən qaynaqlanır. Azərbaycandakı kütləvi informasiya vasitələrinə qarşı kiberhücumlar təşkil edilir. Bu hücumların da şimal qonşumuz tərəfindən həyata keçirilməsi öz təsdiqini tapır. Bununla da bağlı rəsmi Moskva hər hansı izahata və açıqlamaya ehtiyac duymur. Azərbaycanlı deputatın Rusiya ərazisinə girişinə məhdudiyyət qoyulur. Deputat deportasiya olunur və geri qaytarılır. Yenə heç bir rəsmi izahat yoxdur. Siyahını uzatmaq da olar. Rusiya da Fransa kimi öz imperiya şakərindən qurtula bilmir və özünü region ağası kimi aparır. Amma unudur... Unudur ki, rupor hesab etdiyi dövlətlərdən fərqli Azərbaycana qarşı bu cür üsullarla təzyiq göstərmək mümkün deyil. Milli maraqlara söykənən diplomatik siyasət kursu davam edir və gərginləşən geosiyasi münasibətlər sistemində Prezident İlham Əliyevin Qələbə paradı adlı tədbirə qatılmaması ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə layiqli cavab, möhtəşəm strateji və taktiki gedişdir".

Geri qayıt