Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib
Əsas Səhifə > Güney Press > Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib

Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib


21-04-2025, 17:47
Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib
Türkiyənin ilk yerli və milli rabitə peyki olan "Türksat 6A" istifadəyə verilib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məlumata görə, fevralın 17-dən bəri "Türksat 6A" vasitəsilə icra edilən test yayımları uğurla tamamlanıb.

Peykin xidmət göstərdiyi ərazi Hindistan, Tailand, Malayziya və İndoneziyanı əhatə edəcək və ən azı 15 il müddətində xidmət göstərə biləcək.

Qeyd edək ki, bununla Türkiyə rabitə peyki istehsal edə bilən 11 ölkədən biri olub.

Xatırladaq ki, peyk 2024-cü il iyulun 9-da "SpaceX" şirkətinin ABŞ-nin Florida ştatında yerləşən "Cape Canaveral" buraxılış mərkəzindən "Falcon 9" raketi ilə kosmosa göndərilmişdi.

Geri qayıt